Əbülfəs Qarayev Düşənbəyə səfər edib
10-11 avqust tarixində Tacikistan Respublikasının Düşənbə şəhərində MDB iştirakçı ölkələrinin Mədəni əməkdaşlıq üzrə Şurasının XXIV iclası keçirilir. Mədəniyyət və Turizm Nazirliyindən Lent.az-a verilən məlumata görə, iclasda iştirak etmək üçün mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin başçılığı altında nümayəndə heyəti Düşənbəyə səfər edib.
Qeyd edək ki, Şuraya Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev sədrlik edir.
İclasda MDB iştirakçı ölkələrinin mədəniyyət sahəsində əməkdaşlıq və MDB iştirakçı dövlətlərinin mədəniyyət və incəsənət sahəsində təhsilin inkişafı Konsepsiyalarının layihələri, Hökumət başçıları Şurası tərəfindən təsdiq olunmuş MDB iştirakçı ölkələrinin 2009-2010-cu illər üçün humanitar əməkdaşlıq sahəsində prioritet tədbirlər Planının həyata keçirilməsi, mədəni irsin qorunması sahəsində mövcud qanunvericiliyin təkmilləşdirilməsi və digər məsələlərin müzakirəsi nəzərdə tutulur.
Lalə Yusifqızı

Oxşar yazılar

İnsanları tanımağınıza kömək edəcək 5 film -VİDEO
16 iyun 2025 , 12:13
Səsi Londondan gələn Ayan: balaca barmaqların uğuru -VİDEO
12 iyun 2025 , 21:18
Ailə ilə izləmək üçün 5 film - VİDEO
12 iyun 2025 , 10:14
Qadınlar haqqında 7 serial -VİDEO
11 iyun 2025 , 18:16
Rüstəm Behrudinin şeiri məşhur türk serialında - VİDEO
11 iyun 2025 , 13:06
“Çaqqal günü” romanının müəllifi vəfat etdi
10 iyun 2025 , 00:04
Dahilərdən pul haqqında 10 sitat
9 iyun 2025 , 16:09