Bakı şəhər Mədəniyyət və Turizm İdarəsində “qaynar xətt” fəaliyyətə başlayır
04 fevral 2011 11:38 (UTC +04:00)

Bakı şəhər Mədəniyyət və Turizm İdarəsində “qaynar xətt” fəaliyyətə başlayır

İdarədən Lent.az-a verilən məlumata görə, qaynar xətt səhər saat 09.00-dan axşam saat 18.00-dək fəaliyyət göstərəcək.

Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin qaynar xətti struktura daxil olan bütün mədəniyyət müəssisələri haqqında şikayətləri və problemli məsələlər haqqında məlumatları qəbul edir. Qəbul edilən bütün məlumatlar birbaşa olaraq Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisinə çatdırılacaq.
# 606

Oxşar yazılar