Tofiq Bakıxanov ABŞ-ın “Fulbrayt Heys” təqaüdünə layiq görülüb
04 fevral 2011 15:28 (UTC +04:00)

Tofiq Bakıxanov ABŞ-ın “Fulbrayt Heys” təqaüdünə layiq görülüb

Lent.az-ın məlumatına görə, xalq artistinə bu mükafat amerikalı məşhur pianoçu və bəstəkar Corc Gerşvinə həsr etdiyi skripka ilə simfonik orkestr üçün 6 nömrəli “Cazsayağı” konsertinə görə təqdim olunub. C.Gerşvin öz yaradıcılığında simfonizm və caz elementlərinin prinsiplərini növbələşdirib. Tofiq Bakıxanovun bu əsərinin partiturası və klaveri ABŞ-ın Azərbaycandakı səfirliyinin qismən maliyyə dəstəyi ilə “Mütərcim” nəşriyyat-poliqrafiya mərzində Azərbaycan, rus, ingilis dillərində işıq üzü görüb.

Xəyalə
# 737

Oxşar yazılar