Üzeyir Musiqi Gününün təntənəli açılış mərasimi keçirilib
18 sentyabr 2009 20:18 (UTC +04:00)

Üzeyir Musiqi Gününün təntənəli açılış mərasimi keçirilib

Mərasimdə dövlət və hökumət nümayəndələri, xarici qonaqlar iştirak edib

Bu gün Bakı Musiqi Akademiyasının qarşısında Üzeyir Musiqi Gününün təntənəli açılış mərasimi olub.

Lent.az-ın məlumatına görə, açılışda mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev iştirak edib.

Ədalət Vəliyev Azərbaycanda illərdir təntənəli şəkildə qeyd olunan bayram münasibətilə musiqisevərləri təbrik edib. Təhsil naziri Misir Mərdanov da təbrikə qoşulub. O, bildirib ki, Üzeyir Hacıbəyov öz yaradıcılığında Azərbaycan xalqına xas olan bütün keyfiyyətləri əks etdirib.

Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli Üzeyir Hacıbəyovun irsinin öyrənilməsi üçün müvafiq şərait yaradılmasına kömək edənlərin hamısına təşəkkürünü bildirib, mərasim iştirakçılarını Milli Musiqi Günü münasibətilə təbrik edib: “Leyli və Məcnun” operası bu xalqın sevgi iztirablarını, “Koroğlu” qəhrəmanlığını, “Arşın mal alan” hazırcavablığını və həyatsevərliyini tərənnüm edir. Buna görə də Azərbaycan xalqı yaşadıqca, Üzeyir Hacıbəyovun musiqisi də yaşayacaq”.

Bəstəkarlar İttifaqının sədri, xalq artisti, professor Firəngiz Əlizadə mərasimdə çıxış edərək, Üzeyir Hacıbəyovun çoxşaxəli yaradıcılığından söhbət açıb.

Sonra söz TÜRKSOY-un baş direktoru Düsen Kaseinova verilib. Qonaq Üzeyir bəyin Azərbaycan milli musiqi mədəniyyətinin inkişafında əvəzsiz xidmətlərini xatırladıb, bəstəkar, musiqişünas alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim olan Üzeyir Hacıbəyovun musiqisinin ölkəmizin hüdudlarını aşaraq bütün dünyada sevildiyini və maraqla dinlənildiyini vurğulayıb.

Mərasimdə Ü.Hacıbəyov adına Dövlət Simfonik Orkestrinin, Dövlət Xor Kapellasının və Müdafiə Nazirliyinin nümunəvi hərbi orkestrinin ifasında dahi bəstəkarın əsərlərindən parçalar səsləndirilib.

Lalə Yusifqızı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 953

Oxşar yazılar

İnsanları tanımağınıza  kömək edəcək 5 film  -VİDEO

İnsanları tanımağınıza kömək edəcək 5 film -VİDEO

16 iyun 2025 , 12:13
Səsi Londondan gələn Ayan: balaca barmaqların uğuru -VİDEO

Səsi Londondan gələn Ayan: balaca barmaqların uğuru -VİDEO

12 iyun 2025 , 21:18
Ailə ilə izləmək üçün 5 film  - VİDEO

Ailə ilə izləmək üçün 5 film - VİDEO

12 iyun 2025 , 10:14
Qadınlar haqqında 7 serial  -VİDEO

Qadınlar haqqında 7 serial -VİDEO

11 iyun 2025 , 18:16
Rüstəm Behrudinin şeiri məşhur türk serialında  - VİDEO

Rüstəm Behrudinin şeiri məşhur türk serialında - VİDEO

11 iyun 2025 , 13:06
“Çaqqal günü” romanının müəllifi  vəfat etdi

“Çaqqal günü” romanının müəllifi vəfat etdi

10 iyun 2025 , 00:04
Dahilərdən pul haqqında 10 sitat

Dahilərdən pul haqqında 10 sitat

9 iyun 2025 , 16:09
Ancelina Colinin  az tanınan maraqlı filmləri

Ancelina Colinin az tanınan maraqlı filmləri

7 iyun 2025 , 14:28