Muzey Mərkəzinin vebsaytı hazırlanıb
24 sentyabr 2009 19:30 (UTC +04:00)

Muzey Mərkəzinin vebsaytı hazırlanıb

Sabah YUNESKO-nun Moskva Bürosunun “Rusiya muzeyi: virtual filial” layihəsi çərçivəsində yaradılmış Muzey Mərkəzinin vebsaytının təqdimat mərasimi keçiriləcək


Sabah Muzey mərkəzində YUNESKO-nun Moskva Bürosunun “Rusiya muzeyi: virtual filial” layihəsi çərçivəsində yaradılmış Muzey Mərkəzinin vebsaytının təqdimat mərasimi keçiriləcək. Bu barədə Lent.az-a məlumat Mədəniyyət və Turizm Nazirliyindən bildirilib.

Qeyd edək ki, saytın yaradılmasında partnyor qismində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, YUNESKO-nun Moskva Bürosu, Dövlət Rus Muzeyi və YUNESKO işləri üzrə Azərbaycan Respublikasının Milli Komissiyası çıxış edib.
Vebsayt “MediaDizayn” studiyasında yaradılıb.

Vebsaytın 3 dildə - azərbaycan, rus və ingilis versiyası var və çox böyük auditoriya üçün açıqdır. Saytın dizaynı ciddi klassik üslubda tərtib olunub və geniş axtarış sistemi ilə təchiz olunub.

Vebsayt artıq dünyanın aparıcı axtarış sistemləri tərəfindən indeksləşdirilib və Muzey Mərkəzinin fəaliyyəti ilə bağlı olan sorğu verdikdə ilk cavab sətirlərində çıxması təmin olunub.

Saytın tərkibi bir neçə blokdan ibarətdir. Bakıda 2007-ci ildə yaradılmış “Rusiya muzeyi: virtual filial” İnformasiya-Tədris Mərkəzinə həsr olunmuş blokda İTM-nin yaranmasının tarixi, açılışı və fəaliyyəti haqqında məlumat əks olunub. Sayt vasitəsilə İTM-nin strukturu haqqında məlumat almaq, mediatekaya təfərrüatlı baxış etmək, ziyarətçilər üçün faydalı məlumat tapmaq və keçirilmiş tədbirlərlə tanış olmaq imkanı yaradılıb.

Təqdimat mərasimində mədəniyyət və turizm Naziri Əbülfəs Qarayev çıxış edəcək, fəxri qonaqlar, o cümlədən Mədəniyyət və Turizm Nazirinin müavini Sevda Məmmədəliyeva, Rusiya Federasiyasının Azərbaycan Respublikasındaki Səfirliyinin məsləhətçisi Kroxin Oleq Aleksandroviç, müxtəlif ölkələrin səfirliklərinin, mədəniyyət mərkəzlərinin, biznes kompaniyaların və mətbuat nümayəndələri iştirak edəcəklər.

Lalə Yusifqızı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 933

Oxşar yazılar

İnsanları tanımağınıza  kömək edəcək 5 film  -VİDEO

İnsanları tanımağınıza kömək edəcək 5 film -VİDEO

16 iyun 2025 , 12:13
Səsi Londondan gələn Ayan: balaca barmaqların uğuru -VİDEO

Səsi Londondan gələn Ayan: balaca barmaqların uğuru -VİDEO

12 iyun 2025 , 21:18
Ailə ilə izləmək üçün 5 film  - VİDEO

Ailə ilə izləmək üçün 5 film - VİDEO

12 iyun 2025 , 10:14
Qadınlar haqqında 7 serial  -VİDEO

Qadınlar haqqında 7 serial -VİDEO

11 iyun 2025 , 18:16
Rüstəm Behrudinin şeiri məşhur türk serialında  - VİDEO

Rüstəm Behrudinin şeiri məşhur türk serialında - VİDEO

11 iyun 2025 , 13:06
“Çaqqal günü” romanının müəllifi  vəfat etdi

“Çaqqal günü” romanının müəllifi vəfat etdi

10 iyun 2025 , 00:04
Dahilərdən pul haqqında 10 sitat

Dahilərdən pul haqqında 10 sitat

9 iyun 2025 , 16:09
Ancelina Colinin  az tanınan maraqlı filmləri

Ancelina Colinin az tanınan maraqlı filmləri

7 iyun 2025 , 14:28