Səttar Bəhlulzadənin 100 illiyinə həsr olunmuş müsabiqə elan edilib
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi Azərbaycan Rəssamlar İttifaqının iştirakı ilə gənc rəssamlar arasında Azərbaycanın xalq rəssamı Səttar Bəhlulzadənin 100 illik yubileyinə həsr olunmuş müsabiqə elan edib. Lent.az-ın məlumatına görə, Müsabiqədə 16-29 yaşı olan gənclər iştirak edə bilər. Bunun üçün iştirakçı müsabiqənin mövzusuna uyğun, məqsəd və şərtlərinə cavab verən əsər təqdim etməlidir. Təqdim edilən rəsm əsərinə müəllif tərəfindən doldurulmuş iştirakçı vərəqəsi və şəxsiyyəti təsdiq edən sənədin surəti əlavə olunur.
Qeyd edək ki, məqsəd gənclər arasında Səttar Bəhlulzadə yaradıcılığının və bədii irsinin təbliğinin genişləndirilməsi, Azərbaycan təsviri sənətinə, mədəniyyətinə və incəsənətinə marağın artırılması, təsviri sənət sahəsində yeni istedadların aşkar edilməsi,gənc rəssamların yaradıcılıq fəaliyyətlərinin inkişaf etdirilməsi və onların yeni yaradıcılıq axtarışlarının stimullaşdırılmasıdır.
Lirik mənzərələr, təbiət motivləri Səttar yaradıcılığının əsasını təşkil etdiyi üçün müsabiqə də məhz bu janrı əhatə edir.
Lalə Yusifqızı

Oxşar yazılar

İnsanları tanımağınıza kömək edəcək 5 film -VİDEO
16 iyun 2025 , 12:13
Səsi Londondan gələn Ayan: balaca barmaqların uğuru -VİDEO
12 iyun 2025 , 21:18
Ailə ilə izləmək üçün 5 film - VİDEO
12 iyun 2025 , 10:14
Qadınlar haqqında 7 serial -VİDEO
11 iyun 2025 , 18:16
Rüstəm Behrudinin şeiri məşhur türk serialında - VİDEO
11 iyun 2025 , 13:06
“Çaqqal günü” romanının müəllifi vəfat etdi
10 iyun 2025 , 00:04
Dahilərdən pul haqqında 10 sitat
9 iyun 2025 , 16:09