Yuğ Teatrının rejissoru Novosibirsk teatrında tamaşa hazırlayacaq
12 fevral 2011 13:49 (UTC +04:00)

Yuğ Teatrının rejissoru Novosibirsk teatrında tamaşa hazırlayacaq

Teatrdan Lent.az-a verilən məlumata görə, Mikayıl Mikayılov artıq səhnəyə qoyulmaq üçün əsəri də seçib. Bu, ünlü yapon yazarı Rünoske Akutaqavanın “Bambuk meşəsində qətl” əsəridir.

Rünoske Akutaqavanın “Cəngəllik”, “Hörümçək toru” və “Tənhalıq cəhənnəmi” hekayələrinin motivləri əsasında hazırlanmış detektiv hekayə pritçanı xatırladır. Tamaşada yapon “Noh” teatrının və “Buto” plastik rəqs teatrının elementlərindən istifadə olunacaq. Aktyorlar plastika və söz vasitəsi ilə tamaşaçılara bir cinayət hadisəsinin müxtəlif versiyalarını təqdim edəcəklər və bununla da tamaşaçıya imkan yaradacaqlar ki, kimin qatil olduğuna özü qərar versin.

Tamaşanın səhnə tərtibatı bambukun müxtəlif konfiqurasiyalarından ibarətdir. Qrim, kostyum, maskalar və dekorasiyalar yapon mədəniyyəti və ənənəsinə uyğundur.

Banu
# 739

Oxşar yazılar