Robertino Loretti Bakı tamaşaçılarını coşdurub
14 fevral 2011 15:10 (UTC +04:00)

Robertino Loretti Bakı tamaşaçılarını coşdurub

Lent.az-ın məlumatına görə, 60-cı illərin parlaq ulduzu ən sevilən, hit mahnılarını Bakı səhnəsində səsləndirib. Müğənninin “O Sole mio” və “Jamaica” mahnıları Azərbaycan tamaşaçıları tərəfindən sürəkli alqışlarla qarşılanıb. Loretti səhnədən zala enərək tamaşaçılarla bərabər özünün ən populyar mahnılarını ifa edib.

Qeyd edək ki, konsertdə iştirak edən şəxslər müğənni ilə konsertdən sonra eyni ziyafətin iştirakçısı olub, eləcə də gələn aylarda Heydər Əliyev Sarayında keçiriləcək konsert proqramlarından birində iştirak etmək üçün 2 dəvətnamə, ətriyyat dəsti də qazanıb.
Lalə Yusifqızı
# 697

Oxşar yazılar