Bəsti Cəfərova: “Hələ gözləyirəm...”
15 fevral 2011 12:15 (UTC +04:00)

Bəsti Cəfərova: “Hələ gözləyirəm...”

Bunu Lent.az-a Akademik Milli Dram Teatrının aktrisası, xalq artisti Bəsti Cəfərova deyib. Onun sözlərinə görə, teatrın direktoru İsrafil İsrafilov ona bir neçə əsər təklif edib. Bunlar, Çingiz Aytmatovun “Ana tarlası” və Bertol Brextin “Kuraj ana və onun övladları” əsərləridir: “Bir müddət əvvəl İsrafil müəllim mənə dedi ki, Şəki teatrının rejissoru “Kuraj ana və onun övladları” əsərini bizim teatrda tamaşaya qoyacaq. Mən də əsas obrazı – Kuraj ananı oynayacağam. Həmin rejissor Almaniyada çəkilişdə olduğuna görə tamaşa bir az yubanır. Yəqin qayıdandan sonra işə başlayar. Ona görə də mən hələ bu işi gözləyirəm”.

Xəyalə
# 1355

Oxşar yazılar