Məşhur ərəb rejissor azərbaycanlı aktrisanı görməyə gələcək - EKSKLÜZİV
16 fevral 2011 10:55 (UTC +04:00)

Məşhur ərəb rejissor azərbaycanlı aktrisanı görməyə gələcək - EKSKLÜZİV

Lent.az-a daxil olan məlumata görə, ərəb rejissor Türkiyədə “Karqaşa” adlı tamaşanı səhnələşdirmək üçün İstanbul Böyük Şəhər Bələdiyyəsinin teatrları tərəfindən İstanbula dəvət edilib. Ərəb rejissorun İstanbula səfərinin digər məqsədi Məlahət Abbasova ilə tanış olmaqdır. Aktrisa “Karqaşa” tamaşasında rol alacaq.

Qeyd edək ki, “1001 gecə” serialından sonra M.Abbasova ərəb dünyasında çox məşhurlaşıb.


M.Abbasova məlumatı Lent.az-a təsdiqləyib. Aktrisa bildirib ki, tamaşanın məşqləri avqustda başlayacaq. Sözügedən tamaşada türk teatrının böyük aktrisası Ezgi Sümer Yolçu da iştirak edəcək.

Lalə Yusifqızı
# 726

Oxşar yazılar