Kinematoqrafçılar İttifaqı yeni layihə başlayıb - FOTO
Azərbaycan Kinematoqrafçılar İttifaqı Azərbaycan kinosunun təbliği məqsədi ilə yeni layihə həyata keçirir. Lent.az-ın məlumatına görə, Mədəniyyət və Turizm Nazirliyi ilə birgə icra olunan layihə yeni çəkilmiş filmlərin regionlarda yayımını nəzərdə tutur və Azərbaycan kinosunun ölkə regionlarında təbliği məqsədini daşıyır. İlk nümayişlər Xızı və Siyəzən rayonlarında olub. Tədbirdə kino sənətkarları, rejissor və aktyorlar da iştirak ediblər.
Kinorejissor Ələkbər Muradov: “Mən Mədəniyyət və Turizm Nazirliyinə, Kinematoqrafçılar İttifaqına səmimi təşəkkürlərimi bildirirəm və bu başlanğıcı hər cür dəstəkləməyə hazıram. Bu layihənin həyata keçirilməsinə məhz regionlardan başlanmasının vacibliyini xüsusilə qeyd etmək istərdim. Nümayiş zamanı mən əmin oldum ki, tamaşaçılarımız bizim filmlər üçün darıxıb və onları gözləyirlər”.
Siyəzən rayon İcra Hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavini Etibar Heydərov belə tədbirlərin zəruriliyini qeyd edib və kinematoqrafçılarla əməkdaşlığa hazır olduqlarını bildirib: “Bizim üçün aktyorlarımızı, rejissorlarımızı burda görmək həmişə xoşdur. Unudulmuş ənənələri bərpa etmək və bu tədbirləri daimi keçirmək lazımdır”.
Siyəzən rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Nigar Qəniyeva, Xızı rayon İcra Hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavini Dürdanə Mürsəlova və Mədəniyyət və Turizm şöbəsinin müdiri Sənan Talıbov da belə tədbirlərin əhəmiyyətini qeyd ediblər.
Kinematoqrafçılar İttifaqının Filmlərin yayımı və təbliğatı şöbəsinin müdiri Gəray Əlibəyovun sözlərinə görə, belə tədbirləri ölkəmizin bütün regionlarında keçirməyi planlaşdırırlar: “Növbədə Şabran, Quba və Qusar rayonlarıdır. Kino yayımı işində təcrübəli bir insan kimi deyə bilərəm ki, Azərbaycan tamaşaçısı həmişə bizim filmlərə maraq göstərib.
Ramilə Qurbanlı

Oxşar yazılar
"... şərtləri qəbul edərlərsə, gələrəm" - Cahangir Novruzovla MÜSAHİBƏ
11 avqust 2025 , 13:03
AYB-dən İlham Əliyevə məktub
11 avqust 2025 , 12:31
İndi gənclərimiz də elə sünidir - Xalq rəssamı Sirus Mirzəzadə ilə MÜSAHİBƏ
6 avqust 2025 , 15:14
Mən çox mehriban adamam - Mehriban Ələkbərzadə ilə MÜSAHİBƏ
4 avqust 2025 , 15:18
Keçmiş məşhur futbolçunun qızı "Aclıq oyunları" filmində baş rolda çəkiləcək
4 avqust 2025 , 14:48
Xalq yazıçısı Elçin Əfəndiyev dəfn edildi - VİDEO -YENİLƏNİB
4 avqust 2025 , 14:20
Anar ağlayaraq: "Taleyin cəzasıdır ki, dostlarımı dəfn edirəm"
4 avqust 2025 , 14:17