Sevda Məmmədəliyeva Strasburqa gedəcək
29 aprel 2011 11:39 (UTC +04:00)

Sevda Məmmədəliyeva Strasburqa gedəcək

Hər iki iclasda Azərbaycandan mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyevanın rəhbərliyi ilə nümayəndə heyəti iştirak edəcək. Nazirliyin mətbuat beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsindən Lent.az-a verilən məlumata görə, iclasın gündəliyinə Avropa Şurasının Mədəniyyət sahəsi üzrə Hökumətlərarası İşi üçün yeni strukturlar, prioritetlər və iş əlaqələri, əldə olunmuş nailiyyətlər, 2012-2013-cü illər üçün mədəniyyət siyasəti, mədəniyyətlərarası dialoq, mədəni marşrutlar üzrə Hissəvi saziş və digər məsələlər daxil olunub.


Tədbirdə ölkəmizin iştirak etdiyi layihələrlə yanaşı, Bakıda keçirilmiş Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun nəticələri də müzakirə ediləcək.

Xəyalə
# 1449

Oxşar yazılar