“Ətraf mühiti qoruyaq” rəsm müsabiqəsinin qalibləri açıqlandı
30 aprel 2011 15:19 (UTC +04:00)

“Ətraf mühiti qoruyaq” rəsm müsabiqəsinin qalibləri açıqlandı

Lent.az-ın məlumatına görə, tədbirdə çıxış edən təhsil nazirinin müavini Elmar Qasımov rəsm müsabiqəsinin 3 yaş qrupu (6-9 yaş, 10-13 yaş, 14-17 yaşlar) və 3 mərhələ (məktəb, rayon, şəhər, respublika) üzrə respublikanın müxtəlif regionlarında keçirildiyini açıqlayıb.

Qeyd edək ki, müsabiqənin respublika mərhələsinə 52 rayon və şəhərdən təqdim olunan 360-a qədər yaradıcılıq işində məktəblilər ətraf mühitin ekoloji problemlərini, təbiətin gözəlliklərini sərgiləyiblər. Final mərhələsində təqdim olunan bəzi rəsmlər isə mövzuya uyğun olmayan bədii xarakter daşıyıb. Eyni zamanda standartlara uyğun olmayan böyük ölçülü, zəif tərtibatlı plakat xarakterli rəsmlər də təqdim edilib. İştirakçılar arasından I, II və III yerlər üzrə 9 qalib seçilib. Qaliblər Təhsil Nazirliyinin hədiyyələri ilə mükafatlandırılıb.


Rəsm müsabiqəsinin məktəb və rayon mərhələsində 2000-dən artıq məktəbli öz rəsmlərində ana yurdun zəngin təbiətini, misilsiz təbii sərvətlərini, ətraf mühitin ekoloji vəziyyətini və ekoloji mühitin yaxşılaşdırılması məqsədilə görülən işləri diqqətə çatdırıblar.


Lalə Yusifqızı
# 1141

Oxşar yazılar