10 yaşlı vokalçımız beynəlxalq mükafata layiq görüldü
02 may 2011 11:59 (UTC +04:00)

10 yaşlı vokalçımız beynəlxalq mükafata layiq görüldü

Lent.az-ın “AzərTAc”a istinadən verdiyi məlumata görə, Yasin Həsənov və “Bakı ulduzları” ansamblı aprelin 26-dan 29-dək Belarusun Mozır şəhərində keçirilmiş gənc istedadların “Yer ağ qanadlar altında” VII Beynəlxalq festivalında iştirak edib.

Qeyd edək ki, gənc ifaçıların iştirak etdiyi tədbir 1998-ci ildən təşkil olunur.

Bu festivalın “Qran-pri” mükafatına layiq görülmüş 10 yaşlı Yasin Həsənov bundan əvvəl Sankt-Peterburqda keçirilmiş və dünyanın 24 ölkəsindən 700 uşağın iştirak etdiyi Uşaq vokal müsabiqəsinin də “Qran-pri” mükafatına sahib olmuşdu.
# 575

Oxşar yazılar