Azərbaycanlı musiqiçi “Yaxşı cazibə”nin film qəhrəmanı oldu
02 may 2011 12:48 (UTC +04:00)

Azərbaycanlı musiqiçi “Yaxşı cazibə”nin film qəhrəmanı oldu

Lent.az-ın məlumatına görə, musiqiçimiz serialda azərbaycanlı qızı Cazibənin keçmiş nişanlısı - Baycan Aybekov rolunu oynayır.

Qeyd edək ki, bu mövsüm “Yaxşı cazibə”nin son seriyası Bakıda çəkiləcək. Serialın yaradıcı heyətinin Bakıya səfəri iyun ayına təsadüf edəcək.

“Yaxşı Cazibə” serialının Azərbaycan dili üzrə məsləhətçisi Türkiyədə yaşayan aktrisa və İstanbul Şəhər Bələdiyyə Teatrının quruluşçu rejissoru Məlahət Abbasovadır.

Lalə Yusifqızı
# 1364

Oxşar yazılar