“Mənim atam” İran festivalında ikinci yeri tutdu
03 may 2011 11:19 (UTC +04:00)

“Mənim atam” İran festivalında ikinci yeri tutdu

Elçin Musaoğlunun ssenarisi əsasında “Sinema Evi” prodüser şirkətində çəkilmiş “Mənim atam” adlı qısametrajlı bədii film İran İslam Respublikasında keçirilən Kiş Beynəlxalq Film Festivalında iştirak edib. Festivala İran filmləri ilə bərabər dünya kinematoqrafçılarının filmləri də (Orta Asiya, Çin, Hindistan, Yaponiya, Misir, Türkiyə və s.) qatılıb. Lent.az-ın məlumatına görə, “Mənim atam” filmi tamaşaçıların rəğbətini qazanıb və jürinin ikinci mükafatına layiq görülüb.

Elçin Musaoğlu festivalda beynəlxalq jürinin üzvü kimi də münsiflər kürsüsündə əyləşib. O, Kazan beynəlxalq film festivalının direktoru tərəfindən jüridə iştirak etməyə və Yaponiyada fəaliyyət göstərən “İncompJAP” kino şirkətinin nümayəndəsi tərəfindən əməkdaşlıq üçün Yaponiyaya dəvət alıb.

Qeyd edək ki, hər il Mədəniyyət və Turizm Nazirliyinin gənc rejissorlar üçün keçirdiyi “Bu meydan - bu ekran” layihəsi çərçivəsində qalib olan “Mənim atam” filminin rejissoru Novruz Hikmət, ssenari müəllifi Elçin Musaoğlu, operatoru Mətləb Yaquboğludur. Rollarda Rövşən Ağayev, Cavad Abbaslı, Oksana Rəsulova, Teymur Məmmədov çəkilib.
# 617

Oxşar yazılar