Əbülfəs Qarayev BƏƏ iqtisadiyyat naziri ilə görüşüb - FOTO
03 may 2011 13:03 (UTC +04:00)

Əbülfəs Qarayev BƏƏ iqtisadiyyat naziri ilə görüşüb - FOTO

Lent.az-ın məlumatına görə, görüşdə Azərbaycan ilə BƏƏ arasında ikitərəfli əməkdaşlığın, siyasi və iqtisadi münasibətlərin hazırkı vəziyyəti ilə bağlı fikir mübadiləsi aparılıb, ikitərəfli mədəni dialoqun fəallaşmasının, ticarət və iqtisadi təmasların artırılmasının, Azərbaycan - BƏƏ əlaqələrində böyük potensialın olduğunu və ondan geniş istifadə olunmasının zəruriliyi vurğulanıb.
Görüş zamanı xüsusən turizm sahəsinin perspektiv inkişaf istiqamətləri, Azərbaycan haqda info-turların keçirilməsi kimi məsələlər ön plana çəkilib. Sultan bin Səid Mansouri turizm sahəsinə investisiyaların qoyulmasının mümkünlüyünü bildirib. Ə.Qarayev isə öz növbəsində, bu yaxınlarda BƏƏ-nin məşhur Atlantis şirkəti ilə turizm sahəsində əməkdaşlıq müqaviləsini xatırladaraq bu sahədə ilkin addımların atıldığını qonağın nəzərinə çatdırıb.
Ə.Qarayev BƏƏ-nin Ticarət Palatasında Azərbaycanın zəngin turizm potensialının təqdimatını keçirmək təklifini irəli sürüb və təklif qarşı tərəfdən böyük məmnunluq hissi ilə qarşılanıb.
Xəyalə
# 605

Oxşar yazılar