“Nərimanfilm” “Asia Pacific Screen Awards”ın Azərbaycanda rəsmi siması olacaq
14 iyun 2011 17:21 (UTC +04:00)

“Nərimanfilm” “Asia Pacific Screen Awards”ın Azərbaycanda rəsmi siması olacaq

Bu il noyabrın 24-də Avstraliyada 5-ci “Asia Pacific Screen Awards” film müsabiqəsi keçiriləcək.



Beynəlxalq təşkilat “FIAPF” təşkil etdiyi müsabiqədə Asiya – Sakit okean bölgəsində yerləşən 70 ölkənin filmləri nümayiş olunacaq. “Nərimanfilm” kinostudiyası “Asia Pacific Screen Awards”ın Azərbaycanda rəsmi siması olacaq. Bu barədə Lent.az-a “Nərimanfilm” kinostudiyasından məlumat verilib.



“Nərimanfilm” bundan sonra həmin müsabiqənin Azərbaycanda rəsmi siması olaraq 4 kateqoriya üzrə seçim edəcək. Bədii, animasiya, tammetrajlı bədii, tammetrajlı uşaq filmlərinin ən yaxşısı müsabiqəyə göndəriləcək.

Filmlər avqustun 1-dək təqdim oluna bilər. Müsabiqədə 10 nominasiya üzrə mükafat paylanacaq.



Lalə
# 359

Oxşar yazılar