Evli kişilərlə münasibət qurub atasından qisas alan altı uşaqlı aktrisa
25 avqust 2020 13:08 (UTC +04:00)

Evli kişilərlə münasibət qurub atasından qisas alan altı uşaqlı aktrisa

Planetin ən gözəl qadını, altı uşaq anası, “Oskar” mükafatçısı, BMT-nin sülhməramlısı olan Ancelina Coli haqqında hər şeyi bildiyimizi zənn edirik.

Lent.az xarici mətbuata istinadla deyir ki, onun da hamıdan gizli saxlamaq istədiyi nəsnələr var. Həm də az deyil.

Fransız dilindən gözəl mənasını verən Coli aktrisanın ikinci adıdır. Ata soyadı olan Voytdan Ancelina hələ yeniyetmə ikən imtina edib.

Atası, Hollivud aktyoru Con Voytla Ancelina ümumiyyətlə uzun illərdir münasibət saxlamır. Uşaqlarına da babaları ilə görüşməyə qadağa qoyub. Bu kini Ancelina atasına o anasına xəyanət edəndən və onlar ayrılandan bəsləyir. Ancelinanın o vaxt cəmi bir yaşı varmış. Sonralar ata qızının böyüməsindən, tərbiyəsindən bixəbər olub.

Aktrisa uşaqlıqda özünəqapanmadan əziyyət çəkib. Susqun idi, həmyaşıdları ilə, ümumiyyətlə heç kimlə ünsiyyətdə olmurdu.

İlk dəfə sevəndə Ancelinanın 14 yaşı varmış. Onların münasibəti vətəndaş nigahı səviyyəsində idi. Oğlan onlarda-Colinin otağında məskunlaşmışdı.

Aktrisa olmazdan əvvəl Coli model biznesində özünü sınayıb. İlk cəhdləri uğursuz nəticələndiyindən depressiya düşüb, hətta özü üçün killer tutmaq fikrinə düşüb.

18 yaşında Ancelina narkotikanın bütün növlərindən istifadə edib, dəfələrlə ölümdən dönüb.

Özünün qadınlara olan meylini isə heç vaxt gizlətməyib. Ən səs-küy salan romanı aktrisa və model Cenni Şimis ilə olub.

Bred Piti isə Cenifer Enistonun əlindən alıb. Ailəli kişilərlə münasibətdə olmağı sevir, bununla atasından qisas aldığını zənn edir. Yəni uşaqlıqdan psixoloji zədəsi var bu sarıdan.

Ən zəif yeri isə tatirovkadır. Bədənində 20 döymə var, hətta dilində belə.

Bir də qəribə açıqlamalarla gündəmə gəlməyindən əl çəkmir. Müəyyən yaşa çatsa da, altı uşaq tərbiyə etsə də yenə qəribə açıqlamaları olur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 29928

Oxşar yazılar

İnsanları tanımağınıza  kömək edəcək 5 film  -VİDEO

İnsanları tanımağınıza kömək edəcək 5 film -VİDEO

16 iyun 2025 , 12:13
Səsi Londondan gələn Ayan: balaca barmaqların uğuru -VİDEO

Səsi Londondan gələn Ayan: balaca barmaqların uğuru -VİDEO

12 iyun 2025 , 21:18
Ailə ilə izləmək üçün 5 film  - VİDEO

Ailə ilə izləmək üçün 5 film - VİDEO

12 iyun 2025 , 10:14
Qadınlar haqqında 7 serial  -VİDEO

Qadınlar haqqında 7 serial -VİDEO

11 iyun 2025 , 18:16
Rüstəm Behrudinin şeiri məşhur türk serialında  - VİDEO

Rüstəm Behrudinin şeiri məşhur türk serialında - VİDEO

11 iyun 2025 , 13:06
“Çaqqal günü” romanının müəllifi  vəfat etdi

“Çaqqal günü” romanının müəllifi vəfat etdi

10 iyun 2025 , 00:04
Dahilərdən pul haqqında 10 sitat

Dahilərdən pul haqqında 10 sitat

9 iyun 2025 , 16:09
Ancelina Colinin  az tanınan maraqlı filmləri

Ancelina Colinin az tanınan maraqlı filmləri

7 iyun 2025 , 14:28