Azərbaycanın Xalq artisti  koronavirusa yoluxdu
07 yanvar 2022 18:51 (UTC +04:00)

Azərbaycanın Xalq artisti koronavirusa yoluxdu

Kamança ustası, Xalq artisti Şəfiqə Eyvazova koronavirusa (COVID-19) yoluxub.

Lent.az bildirir ki, bu barədə APA-ya  Xalq artisti özü məlumat verib.

O, bir həftə əvvəl Mərkəzi Gömrük Hospitalına yerləşdirildiyini bildirib: “Hazırda burada müalicə alıram. Həkimlər səhhətimin yaxşılaşmağa doğru dəyişdiyini deyirlər. Sağ olsunlar, əllərindən gələn köməkliyi göstərməyə çalışırlar”.

Qeyd edək Xalq artisti həyat yoldaşı, kamança ifaçısı Arif Əsədullayev də koronavirusa yoluxub, hazırda ev şəraitində müalicə alır.

# 3984
avatar

Oxşar yazılar