Bəxtiyar Vahabzadənin  100 illik yubileyi   qeyd ediləcək
21 fevral 2025 13:13 (UTC +04:00)

Bəxtiyar Vahabzadənin 100 illik yubileyi qeyd ediləcək

Bəxtiyar Vahabzadənin 100 illik yubileyinin qeyd ediləcək.

Lent.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Sərəncamda bildirilib ki, 2025-ci ilin avqust ayında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi, dramaturq, ədəbiyyatşünas, pedaqoq və ictimai xadim, SSRİ və Azərbaycanın Dövlət mükafatları laureatı, akademik Bəxtiyar Mahmud oğlu Vahabzadənin anadan olmasının 100 ili tamam olur:

"Bəxtiyar Vahabzadə mübariz şəxsiyyəti və çoxşaxəli fəaliyyəti ilə XX əsrin ikinci yarısından etibarən Azərbaycan bədii-ictimai fikir tarixinə parlaq səhifələr yazmış qüdrətli simalardandır. Onun Vətənə, millətə və doğma ana dilinə sonsuz məhəbbət ifadə edən, dərin poetik-fəlsəfi düşüncələrlə zəngin irsi daim mədəni-mənəvi dəyərlərə ehtiram, milli azadlıq ideallarına bağlılıq və istiqlal məfkurəsinə sədaqət hissi aşılamışdır. Sənətkar ədəbi və elmi yaradıcılığını uzun illər pedaqoji fəaliyyəti ilə uğurla əlaqələndirərək, bir neçə nəslin milli təfəkkürünün formalaşmasında müstəsna rol oynamışdır. Bəxtiyar Vahabzadə ictimai xadim kimi xalqın taleyüklü məsələlərinə münasibətdə həmişə əsl ziyalı mövqeyi nümayiş etdirmişdir".

Sərəncama əsasən, Mədəniyyət Nazirliyinə Elm və Təhsil Nazirliyi ilə birlikdə, Azərbaycan Yazıçılar Birliyinin təklifləri nəzərə alınmaqla, Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyinə dair tədbirlər planı hazırlayıb həyata keçirmək, Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2294

Oxşar yazılar

Arif Babayevin SON GÖRÜNTÜLƏRİ

Arif Babayevin SON GÖRÜNTÜLƏRİ

1 avqust 2025 , 17:49
Prezidentdən Fəxrəddin Manafovla bağlı SƏRƏNCAM

Prezidentdən Fəxrəddin Manafovla bağlı SƏRƏNCAM

1 avqust 2025 , 13:34
"Arif Babayev həyatda olanda biz qol-qanadlı idik" - Yalçın Adıgözəlov

"Arif Babayev həyatda olanda biz qol-qanadlı idik" - Yalçın Adıgözəlov

1 avqust 2025 , 12:37
Arif Babayev Fəxri Xiyabanda dəfn olunacaq

Arif Babayev Fəxri Xiyabanda dəfn olunacaq

1 avqust 2025 , 11:18
Arif Babayev vəfat etdi

Arif Babayev vəfat etdi

1 avqust 2025 , 08:50
"Kuruluş Osman"da böyük dəyişiklik:  Orhan bəyi o canlandıracaq

"Kuruluş Osman"da böyük dəyişiklik: Orhan bəyi o canlandıracaq

31 iyul 2025 , 11:10
Arif Babayevin son durumu AÇIQLANDI

Arif Babayevin son durumu AÇIQLANDI

31 iyul 2025 , 10:33
8 milyonluq səhifəsində Azərbaycan mahnısı ifa etdi - VİDEO

8 milyonluq səhifəsində Azərbaycan mahnısı ifa etdi - VİDEO

31 iyul 2025 , 06:31