"Bəyin oğurlanması”na baxıb  ağlayıram   - Xalq artisti
21 iyun 2024 15:59 (UTC +04:00)

"Bəyin oğurlanması”na baxıb ağlayıram - Xalq artisti

Hamımızın “Bəyin oğurlanması” kinokomediyasında Həsənin anası kimi xatırladığımız aktrisa, Xalq artisti Lətifə Əliyeva çətin günlər yaşayır.

Lent.az-a açıqlama verən aktrisa bildirib ki, sərbəst yeriməkdə çətinlik çəkir, yüksək şəkəri və təzyiqi var.

“Yaman kövrək olmuşam. Aktyor dostlarımı xatırladıqca kədərlənirəm. O gün “Bəyin oğurlanması” filminə baxıb ağlamışam. Allah rəhmət eləsin, Yaşar Nuriyevi, Səməndər Rzayevi, Nəsibə Zeynalovanı, Ələsgər Məmmədoğlunu, Həsən Turabovu görmək  halımı xarab elədi.  Hərdən zəng vurub teatrdan halımdan xəbər tuturlar. Daha yeriyə bilmirəm. Jurnalistlər dəvət edirlər, inanın, halım olmur ki, ekrana çıxam. Yəqin məni bağışlayarlar. İnsanların məni unutmamasına sevinirəm”, - o bildirib.

80 yaşlı aktrisa hazırda kino və teatrdan uzaq ömür yaşayır. Onun iki oğlu, altı nəvəsi var. 2000-ci ildə Əməkdar artist, 2018-ci ildə Xalq artisti fəxri adına layiq görülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 18352

Oxşar yazılar

Sizi  darıxmağa   qoymayacaq  5 film   -VİDEO

Sizi darıxmağa qoymayacaq 5 film -VİDEO

15 iyul 2025 , 16:19
Qadın hiyləsi  haqqında 10 sitat

Qadın hiyləsi haqqında 10 sitat

14 iyul 2025 , 18:35
Nəfəs kəsən  12 film   - mütləq izləyin -VİDEO

Nəfəs kəsən 12 film - mütləq izləyin -VİDEO

14 iyul 2025 , 17:51
Xoşbəxt sonluqla bitməyən  5 SEVGİ FİLMİ -  VİDEO

Xoşbəxt sonluqla bitməyən 5 SEVGİ FİLMİ - VİDEO

14 iyul 2025 , 14:49
Professor Rəhman Bədəlov  vəfat etdi

Professor Rəhman Bədəlov vəfat etdi

9 iyul 2025 , 22:34
Baku TV-nin istehsal etdiyi “Söz” filminin təqdimatı keçirildi

Baku TV-nin istehsal etdiyi “Söz” filminin təqdimatı keçirildi

9 iyul 2025 , 19:38
Elman Rəfiyev

Azərbaycanda teatr direktoru istefa verdi

9 iyul 2025 , 12:32
Azərbaycan-İsrail kinematoqrafçılarının birgə filmi təqdim olundu - FOTO

Azərbaycan-İsrail kinematoqrafçılarının birgə filmi təqdim olundu - FOTO

9 iyul 2025 , 12:21