Canəli Əkbərov dəfn olundu -  YENİLƏNİB
23 oktyabr 2021 14:20 (UTC +04:00)

Canəli Əkbərov dəfn olundu - YENİLƏNİB

Azərbaycanın Xalq artisti, xanəndə Canəli Əkbərov bu gün ll Fəxri Xiyabanda dəfn olunub.

Lent.az-ın APA-ya istinadla məlumatına görə,dəfn mərasimində mərhumun ailəsi, sənət yoldaşları və Mədəniyyət Nazirliyinin nümayəndələri iştirak edib.

Xalq artisti dünən axşam saatlarında vəfat edib.

***

13:29

Oktyabrın 22-də vəfat edən Xalq artisti Canəli Əkbərovla yaşadığı binanın həyətində vida mərasimi keçirilib.

Lent.az-ın APA-ya istinadla məlumatına görə, vida mərasimində Xalq artistinin yaxınları, mədəniyyət nümayəndələri iştirak ediblər.

Onlar mərhumu alqış sədaları altında son mənzilə yola salıblar.

 

# 12963
avatar

Oxşar yazılar