“Dünya sənin, dünya mənim”, dünya Dərvişin - Mahnı yeni ifada çox sevildi
22 mart 2023 18:36 (UTC +04:00)

“Dünya sənin, dünya mənim”, dünya Dərvişin - Mahnı yeni ifada çox sevildi

“Səs Azərbaycan: Doğma nəğmələr"in qalibi Zülfü Əsədzadə Xalq artisti Niyaməddin Musayevin “Dünya sənin, dünya mənim” mahnısına yeni həyat, yeni nəfəs verib.

Lent.az xəbər verir ki, bu mahnı sözügedən yarışmada "Dərviş band" qrupu  tərəfindən səsləndirilərək, ifaçılarına birincilik qazandırıb.

Artıq sosial şəbəkələrdə trendə çevrilmiş ifa tamaşaçıların böyük marağı və rəğbəti ilə qarşılanıb. Mahnı Niyammədin Musayevin ifasında 30 il öncə səsləndirilərək, populyarlıq qazanmışdı.

Gülyaz Məmmədovanın tələbəsi olan Zülfü Əsədzadənin səsini və ifasını gənc yaşda həyatını itirmiş rokçu Barış Akarsunun səsinə bənzədiblər.
 

# 11688
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar