Artıq popkornu hazırlamağın vaxtıdır, çünki bu seçki vaxtınızı gözəl şəkildə alacaq.
Qış gəldikcə adamın elə filmlər izləmək istəyir ki, mövsümün bütün gözəlliyi tam şəkildə hiss olunsun: par-par yanan qar, şaxtalı hava, yeni il işıqları, kaminli isti evlər və əlbəttə ki, duyğuların bütün palitrası - isti nostalji hissindən tutmuş donudan dəhşətə qədər. Kinoda qış sehrli, gülməli, duyğulu və qorxulu ola bilər.
Lent.az müxtəlif janr və əhval-ruhiyyələr bəxş edən 10 qış filmini təqdim edir.
Home Alone (1990)
Yeni il tətillərinin klassiki! Balaca Kevin təsadüfən ailəsi Parisə uçarkən nəhəng evdə tək qalır. Çöldə qar yağarkən o, evi iki səfeh oğrudan qorumaq üçün əsl qalaya çevirir. Ən isti, ən gülməli və həqiqətən qış ab-havalı ailə filmi.
"Daddy’s Home 2 (2017)"
Məşhur komediyanın davamı — hadisələr tamamilə qarlı, yeni il ərəfəsi günlərində baş verir. İki ata — qayğıkeş Bred və “cəsur” Dasti — mükəmməl ailə bayramı təşkil etməyə çalışır, amma öz atalarının (Mel Gibson və John Lithgow) gəlməsi hər şeyi qış xaosuna çevirir. Qar döyüşləri, ağaclar, işıqlar və bol yumor.
Frozen (2010)
Animasiya filmi ilə səhv salmayın! Bu, sərt və dəhşətli trillerdir: üç tələbə xizək kurortunda bağlanan liftdə gecələməyə məcbur qalır. Gecə, -20 dərəcə şaxta, aşağıda dolaşan canavarlar və heç bir yardım. Gözəl qış təbiətinin necə ölüm tələsinə çevrilə biləcəyini göstərən ən gərgin filmlərdən biri.
"The Shining (1980)"
Qarla örtülmüş “Overlook” oteli, burada yazıçı Cek Torrance tənha qalmaq və qaranlıq qüvvələrin təsiri ilə dəli olur. Qaranlıq dəhlizlər, boranlı hava, enən temperatur — havada dəhşət dolaşır. Stanley Kubrick-in yaratdığı bu psixoloji qorxu filmi hələ də qış dəhşətinin etalonudur.
Fargo (1996)
Şimali Dakotanın sonsuz qarlı düzənlikləri, şaxtalı hava və Coen qardaşlarının qara yumoru. Uğursuz girov planı, qanla boyanan ağ mənzərə və hadisəni araşdıran hamilə polis rəisi — sakit, soyuqqanlı, özünəməxsus üslubla. Burada qış filmin tam bir qəhrəmanına çevrilir.
"The Ice Harvest (2005)"
Qarlı Viçitada Yeni il gecəsi. Bir vəkil və striptiz klubunun sahibi mafiya pullarını oğurlayıb, səhərə qədər şəhərdən qaçmağa çalışırlar. Con Kusak və Billy Bob Thorntonun rol aldığı qara komediya: buzlu yollar, viski, atışmalar və yeni il işıqları altında kinayəli zarafatlar.
"The Christmas Chronicles (2018)"
"Netflix"dən müasir nağıl. Keit və Teddy təsadüfən Santa Klausun (Kurt Russell – son illərin ən yaxşı Santa obrazında) kirşəsini sındırırlar. Rojdestvonu xilas etmək üçün onlar qarlı Çikaqoda qaçmalı, maralları toplamalı və sehrli ab-havanı qaytarmalıdırlar. Çox dinamik, çox gözəl və tamamilə bayram əhvalında.
8-Bit Christmas (2021)
80-ci illərin sonlarına nostalji dolu səyahət. Balaca Jake yalnız bir şey istəyir — Nintendo oyun konsolu. Bunun üçün o, qarlı tufanları, məktəb zorakılığını və sərt atasını belə aşmağa hazırdır. Mandalin qoxulu qış günlərini xatırladan isti və gülməli film.
Krampus (2015)
Ailə Yeni il öncəsi o qədər dalaşır ki, bayram ruhunu itirir — bu zaman Santa-nın əksi olan buynuzlu iblis Kram pus ortaya çıxır. Qarlı fırtına evi dünyadan ayırır və ətrafda dəhşətli hadisələr baş verir. Qara yumor, ailə dramı və keyfiyyətli qorxunun qarışığı.
"The Revenant (2015)"
1820-ci illərin sərt qışı, Amerika meşələri. Ayının hücumundan sonra ovçu Hugh Glass tənha şəkildə şaxta, qar və xəyanətlə üz-üzə qalır. Operator Emmanuel Lubezki-nin “Oscar” qazandığı möhtəşəm qış mənzərələri və insan iradəsi haqqında qan donduran bir hekayə.