Evlilik il dönümü münasibətilə yazılacaq 50 mesaj
09 sentyabr 2024 10:53 (UTC +04:00)

Evlilik il dönümü münasibətilə yazılacaq 50 mesaj

Bir ömür boyu birlikdə yaşamağa söz verən cütlüklərin xoşbəxt evliliyinin sirri, şübhəsiz ki, xüsusi günləri unutmamaqdır. Bu xüsusi gündə həyat yoldaşınıza aldığınız hədiyyə ilə yanaşı, gözəl yubiley sözləri ünvanlaya bilərsiniz. 

Lent.az ən romantik, emosional və gözəl evlilik ildönümü sözlərini təqdim edir. Onların içindən ən yaxşı 50 mesajı seçməyi sizin öhdənizə buraxırıq.


Hər gün üzümdə böyük bir təbəssümlə oyanıram. Çünki gözlərimi hər açdıqda səni görürəm. Mənə sonsuzadək “hə” dediyin və həyatımın bir parçası olduğun üçün sənə minnətdaram. İlimiz mübarək olsun.

Yanında olanda xoşbəxt oluram. Bu xoşbəxtliyi səninlə paylaşmaq çox gözəldir. Səni çox sevirəm, əzizim. Birlikdə çoxlu evlilik ildönümləri keçirməyimizi arzu edirəm.

Məni özünə aşiq etditməyi bacaran yeganə insan sənsən. Gözəlliyin, mövcudluğun, lətafətin məni sehrlədi. Həyatımı daha gözəl etdiyin üçün minnətdaram sənə. Səninlə həmişə birlikdə olmaq istəyirəm.

“Səni sevirəm” cümləsi sənin kimi bir qadın üçün yetərli deyil. Sən mənim yeganə sevgim, həyatım, qadınımsan. Səninlə daha bir il keçirdiyimə görə özümü şanslı sayıram. Hər il səni daha çox sevəcəyimə əmin ol.

Əlindən tutub, hara getdiyini bilmədən addımladığın biri olmalıdır. Mən bu yolda sonuna qədər səninlə addımlamağı, sənin əlindən tutmağı seçmişəm…

Səninlə həyatımı birləşdirmək ən böyük xoşbəxtlikdir. Evlilik ildönümümüz mübarək olsun!

İllər keçsə də, sənə olan məhəbbətim ilk gündəki kimi təzə və təravətlidir. Evlilik ildönümümüz mübarək.

Daha neçə-neçə illəri birlikdə keçirəcəyimizə ümid edirəm. Səni hər ötən il daha çox sevirəm.

Məni mən edən sənin varlığındır. Həyatımda olduğun üçün sənə təşəkkür edirəm. Səni həmişə ilk günkü kimi sevəcəyəm.

Sənin bircə gülüşün məni cənnətə aparır. Həmişə orada səninlə yaşamaq istəyirəm. Həmişə mənə necə gülmüsənsə, bundan sonra da elə gül.

Səni sevməyin verdiyi gücü içimdə yaşayıram. Sənin sevgin məni mənalandırır. Ən gözəl gözlərə sonsuza qədər baxmaq istəyirəm. İldönümümüz mübarək olsun, əzizim.

Dünyama sonsuz işıq oldun. Məni sevginlə aydınlatdın. Məni mən edən sən oldun. Hər şeyi sənə borcluyam. Bir ömür səninlə birlikdə olmaq istəyirəm. Evlilik ildönümümüz mübarək.

Canıma can qatan insan, səbəbim də sənsən, nəticəm də sən… Bir-birini tutan əllərimiz heç zaman ayrılmasın. İldönümümüz mübarək!

Mənə sarıldığın an sanki yenidən dünyaya gəlirəm. Sənin sevgin məni canlandırır.

Hələ də bir-birimizə heyranlıqla baxırıq. Övladlarımıza da belə baxmağımızı istəyirəm. Səninlə sonsuza qədər birlikdə olmaq istəyirəm.

Mən təkcə səninəm, dünən olduğu kimi, bu gün də sənə aidəm. Birlikdə keçəcək illərimiz heç tükənməsin.

Əllərimiz bir-birini daha bərk tutsun, heç zaman ayrılmasın.

Xoşbəxtliyimizin bir ömür davam etməsini diləyirəm, gözəl həyat yoldaşım.

Neçə-neçə illəri birlikdə keçirmək diləyi ilə, əzizim...

Mən səni hər il daha çox sevirəm. Yubileyimiz mübarək əzizim.

Sevgi iki bədəndə yaşayan bir ruhdan ibarətdir. Ruhum, evlilik ildönümümüz mübarək.

Evlilik yalnız səninlə mənalanır. İldönümümüz mübarək olsun.

Hər günümüz bir-birimizi daha çox sevmək və bir-birimizlə daha çox ünsiyyət qurmaqla keçsin.

Bu gün, sabah və əbədi olaraq səni özüm qədər sevirəm. Evlilik ildönümümüz mübarək.

Məni mən edən sənin varlığındır. Həyatımda olduğuna görə sənə təşəkkür edirəm. Səni sevirəm.

Həyatımız boyu bir almanın iki yarısı kimi bir-birimizi tamamlayaq.

Evlilik əbədiyyətə doğru ilk addımı atmaqdır. Xoşbəxtliyimiz əbədi olsun, sevgimiz tükənməsin.

Həyatımız boyunca günəş həmişə önümüzdə, kölgələrsə arxamızda olsun. Səni çox sevirəm, canım.

Birləşən əllərimiz və qəlblərimiz heç vaxt ayrılmayacaq. İldönümümüz mübarək.

Hər günümü səninlə yaşamaq istəyirəm. Evlilik ildönümümüz mübarək.

Sənə həyat yoldaşınla birlikdə dinc və xoşbəxt bir həyat arzulayıram. Hər ikinizi təbrik edirəm və xoşbəxtlik arzulayıram.

Dünyadakı ən böyük xoşbəxtlik gözəl bir evlilikdir. Səninlə çox xoşbəxtəm. Evlilik ildönümümüz mübarək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2685
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar