Filarmoniyada GECƏ ÇAL-ÇAĞIRI:  Bəs özləri nə deyir? -VİDEO
18 may 2022 12:31 (UTC +04:00)

Filarmoniyada GECƏ ÇAL-ÇAĞIRI: Bəs özləri nə deyir? -VİDEO

Qız evində toydur...

Sosial şəbəkələrdə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında gecə klubunun fəaliyyət göstərməsi barədə məlumat yayılıb. Yayılan görüntülər əsasında mədəniyyət ocağında gecə klubu təşkil olunması və gənclərin əyləncə məclisi təşkil etməsi iddia olunub.  Masa üzərinə çıxıb rəqs edən gənclər, su kimi axan spirtli içkilər, fişənglər- bütün bu görüntülərin filarmoniyada baş verməsi təəccüb doğurub.

Filarmoniyadan Lent.az-a verilən məlumata görə,  görüntülər filarmoniyada yox, filarmoniyanın həyətində yerləşən restoranda qeydə alınıb. Restoranın filarmoniyanın balansında olub-olmaması barədə sualımıza isə cavab  belə oldu: “Bizim bundan xəbərimiz yoxdur”.

Filarmoniyanın həyətində bu qədər həngamə baş verir, xəbər ayaq tutub yeriyir, filarmoniyada isə həyətində yerləşən restoranın kimə aid olması barədə heç kim heç nə bilmir? Qız evində toydur, oğlan evinin xəbəri yoxdur?  Filarmoniyada çal-çağır olmalıdır, amma bu şəkildə yox. Deyəsən, məsələ bir qədər yanlış anlaşılıb. Bu şəkildə əyləncə məclislərinin ölkənin əsas mədəniyyət ocaqlarından birinin həyətində baş verməsi təbii ki, ürəkaçan deyil.

Qeyd edək ki, bu barədə ilk görüntüləri "demokrat.az"  saytı yayıb.

# 5205
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar