Gənc bəstəkarlar Prezidentə müraciət edib
25 dekabr 2020 14:43 (UTC +04:00)

Gənc bəstəkarlar Prezidentə müraciət edib

Bir qrup gənc bəstəkar ölkə başçısına müraciət imzalayıb. Lent.az-ın məlumatına görə, müraciətin məqsədi odur ki, gənc bəstəkarlar Şuşada Musiqi binasının bərpasına iştirak etmək istəyirlər:

Möhtərəm cənab Prezident.

Biz hamımız özümüzü Üzeyir bəyin tələbələri sayır və onun bünövrəsini qoyduğu musiqi binasının daim uca və möhkəm qalması üçün çalışırıq. Bu gün onun boya-başa çatdığı Şuşadakı ev də 28 il sonra işğaldan azad olunub. Şübhəsiz ki, orada təmir-bərpa işləri planlaşdırılır və biz bu işlər başlanan zaman gənc bəstəkarların da cəlb edilməsini Sizdən xahiş edirik. İstərdik təmir zamanı yaxından iştirak edərək qapısının qoyulmasında, daşlarının düzülməsində əməyimiz olsun. Bu tək əməli deyil, həm də özündə simvolik məna daşıyan bir fəaliyyət olar, Üzeyir bəyin ruhuna bir rahatlıq, musiqimizə bir güc, həmçinin bizə də daxili yaradıcılıq uğurları gətirə bilər”.

Müraciətdə bəstəkarlar muzeyin açılışında dahi Üzeyir Hacıbəylinin əsərləri ilə bərabər burada çalışacaq gənc bəstəkarların böyük bəstəkarın ruhu qarşısında hesabat konsertini də təqdim etmək istədiklərini bildiriblər.

Müraciəqt 22 nəfər gənc bəstəkar imzalayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4993

Oxşar yazılar

İnsanları tanımağınıza  kömək edəcək 5 film  -VİDEO

İnsanları tanımağınıza kömək edəcək 5 film -VİDEO

16 iyun 2025 , 12:13
Səsi Londondan gələn Ayan: balaca barmaqların uğuru -VİDEO

Səsi Londondan gələn Ayan: balaca barmaqların uğuru -VİDEO

12 iyun 2025 , 21:18
Ailə ilə izləmək üçün 5 film  - VİDEO

Ailə ilə izləmək üçün 5 film - VİDEO

12 iyun 2025 , 10:14
Qadınlar haqqında 7 serial  -VİDEO

Qadınlar haqqında 7 serial -VİDEO

11 iyun 2025 , 18:16
Rüstəm Behrudinin şeiri məşhur türk serialında  - VİDEO

Rüstəm Behrudinin şeiri məşhur türk serialında - VİDEO

11 iyun 2025 , 13:06
“Çaqqal günü” romanının müəllifi  vəfat etdi

“Çaqqal günü” romanının müəllifi vəfat etdi

10 iyun 2025 , 00:04
Dahilərdən pul haqqında 10 sitat

Dahilərdən pul haqqında 10 sitat

9 iyun 2025 , 16:09
Ancelina Colinin  az tanınan maraqlı filmləri

Ancelina Colinin az tanınan maraqlı filmləri

7 iyun 2025 , 14:28