Bəzən serial həm güldürə, həm həyəcanlandıra, həm də detektiv hadisəni çözməyə vadar edə bilər. Belə süjetlərdə cinayət, drama və gərginlik birləşərək tamaşaçını finala qədər maraqda saxlayan gözlənilməz atmosfer yaradır.
Lent.az baxmağa dəyər serialların siyahısını təqdim edir:
“Palm Royal”
Lüks həyat, intriqalar və 60-cı illərin parlaq geyimləri – Kristen Wiig və Laura Dernin rol aldığı bu serial tamaşaçını Amerika elitasının dünyasına aparır. Baş qəhrəman cəmiyyətin yüksək təbəqəsinə daxil olmağa çalışır, lakin hər təbəssümün arxasında gizli oyunlar dayanır.
“Dostlar və qonşular”
İşdən rüsvayçı şəkildə qovulduqdan və çətin boşanma keçirdikdən sonra menecer Endryu varlı məhəllədəki qonşularının evlərindən oğurluğa başlayır. Amma çox keçmir ki, bu məhəllənin parıltılı fasadının arxasında daha qorxulu sirlər gizləndiyini anlayır.
“Bacı uğrunda”
Qara komediya və triller elementlərini birləşdirən bu serial Harvi bacılarının hekayəsindən bəhs edir. Onları faciəli ailə keçmişi və bir-birini hər zaman qorumaq andı birləşdirir. Həyatları, bacılardan birinin əri qəflətən öldükdə, tamamilə dəyişir.
“Sərhədsiz terapiya”
Həm komediya, həm də drama janrında çəkilmiş bu serial real hadisələrə əsaslanır. O, Marti adlı kişinin və onun həyatını idarə etməyə başlayan psixoterapevtin hekayəsini danışır. Qəhrəman sadəcə şəxsi sərhədlər qoymağı öyrənmək istəyir, amma 30 il ərzində bu sərhədlərin pozulmasının nəticələrini dərindən anlayır.
“Problemlilər”
Son ana qədər gərgin saxlayan dramatik triller. Kiçik şəhərin polisi yerli “problemlı yeniyetmələr” məktəbinin və onun cazibədar rəhbərinin göründüyü kimi olmadığından şübhələnir.