“Guya hər xanəndə muğamı yaxşı bilir?” - Xalq artisti
05 mart 2024 16:36 (UTC +04:00)

“Guya hər xanəndə muğamı yaxşı bilir?” - Xalq artisti

“O qədər muğamdan dərs deyib, muğamı doğru-dürüst bilməyənlər var ki... Guya hər xanəndə muğamı bilir? Rəhmətlik müəllimim Nəriman Əliyev ən gözəl muğam bilicisiydi. Amma Muğam Mərkəzi tikiləndə onun heykəlinin həmin mərkəzdə qoyulmasını istəməyən paxıl sənətkarlar oldu”.

Bu sözləri Lent.az-a açqılamasında Xalq artisti Gülyanaq Məmmədova bildirib.

“Nəriman Əliyev Azərbaycan muğam sənətinə böyük töhfələr vermiş, yüzlərlə yetirməsi olan ustad idi. Onun sinfini bitirmiş tələbələri muğamın ən yaxşı biliciləri hesab edirəm. Nəriman müəllim ömrünün son illərində Seyid Şuşinskini öz evində saxlamış, tək qalmasın deyə ona sahib çıxmış, qulluğunda dayanmışdı. Bu böyüklükdə ürək sahibini unutmaq, unutdurmaq olmaz”,- deyə o qeyd edib.

# 2313
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar