Hacı Zeynalabdin Tağıyev haqqında film çəkilir
13 avqust 2021 18:06 (UTC +04:00)

Hacı Zeynalabdin Tağıyev haqqında film çəkilir

Azərbaycanlı milyonçu, mesenat Hacı Zeynalabdin Tağıyevin həyatı haqqında filmin çəkilişlərinə başlanılıb.

Lent.az xəbər verir ki, bu barədə APA-ya Tağıyev irsinin tədqiqatçısı, Milli Azərbaycan Tarix Muzeyinin icraçı direktoru Fərhad Cabbarov məlumat verib.

"Türkiyə Cümhuriyyətinin Humanitar Kömək Fondu və Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən dublyaj studiyası Tağıyevin həyatı haqqında sənədli filmin çəkilişlərinə başlayıb",- deyə F. Cabbarov bildirilib.

Qeyd edək ki, filmin ilk çəkilişləri dünən Azərbaycan Milli Tarix Muzeyində baş tutub.

# 4884
avatar

Oxşar yazılar