Həftəsonu ailə ilə izləniləcək 10 maraqlı FİLM
12 fevral 2021 19:24 (UTC +04:00)

Həftəsonu ailə ilə izləniləcək 10 maraqlı FİLM

Ailədə birgə film izləmək ən gözəl terapeyadı. Pandemiya səbəbi ilə kinoteatrların fəaliyyətinin qadağan edilməsi nəticəsində insanlar həftəsonunu ev şəraitində maraqlı keçirməyə çalışırlar.

Lent.az həftəsonu ailə ilə birgə izləniləcək 10 maraqlı film təqdim edir:

The Family Man

Filmin komediya olduğu düşünülür, amma…  Nağıl kimi görünən film ailə dəyərləri haqqında ciddi mesajlar verir.

About a Boy

Filmin şüarı budur: "Ağıl yaşda deyil". Sevgi, xoşbəxtlik və ailə haqqında ən gözəl düşüncələr bu filmdə təbliğ olunur.

Blue Valentine

Baş rollarını Ryan Gosling və Miçelle Villiamsın canlandırdığı film Amerika romantik filmi kimi ən çox izlənilənlər sırasındadır.

It's Complicated

Məzəli yumor və hekayələrlə zəngin olan film 50 yaşdan yuxarı insanların darıxmaqla bağlı olması fikrini alt-üst edir.

Walk in the Clouds

Bu filmə baxdıqdan sonra gözəlliyin və sevginin dünyanı xilas edə biləcəyinə inanırıq. Film mükəmməl musiqi, istedadlı aktyor işi və gözəl hekayələrlə zəngindir.

As Good As It Gets

Film həyacanlı məqamlarla qarşılaşan qəhrəmanların düşdükləri komik durumlar bəhs edir.

Kramer vs. Kramer

Mükəmməl ailə arzulayan gənclər üçün əla filmdir. Həyat bir qutu şokolad deyil, hər ailənin öz dramı var.

The Story Of Us

Əhəmiyyətsiz hesab etdiyimiz detalların sahib olduğumuz bütün dəyərləri məhv edəcəyinə dair inanılmaz bir filmdir. Yanlış anlaşılmaların, kin, stressin insan münasibətlərindəki izi əks etdirən film böyük marağa səbəb olub.  

Yours, Mine & Ours

Ailə ilə birgə izlənilməsi məsləhət görülən filmlərdən biri də “Yours, Mine & Ours”.Sadə hekayə, professional aktyor oyunu və gözəl müsiqinin yer aldığı film hər kəsin sevimli filmidir.

Facing Windows

“Facing Windows” İtalyan filmi zamanla münasibətləri sonlanan cütlükdən bəhs edir. Film insanı özünü tanıması, həyatını dəyişdirib, yenidən başlamasını da nümayiş etdirir.   

# 2262
avatar

Nigar Adil

Oxşar yazılar