Hollivud filmlərində kütləvi səhnələrə çəkilənlər nə qədər qonorar alır? –  Fantastik qiymətlər
02 dekabr 2023 15:43 (UTC +04:00)

Hollivud filmlərində kütləvi səhnələrə çəkilənlər nə qədər qonorar alır? – Fantastik qiymətlər

Bütün dünyada maraqla izlənilən Hollivud filmlərində kütləvi səhnələrə aktyorlar yox, film setlərinə müraciət edən sadə adamlar çəkilirlər.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, Hollivudda kütləvi səhnələrə çəkilən aktyorların bir iş gününə ən az 300 dollar verilir. Bu bir çoxları üçün yaxşı qazanc mənbəyi sayıldığı üçün kütləvi səhnələrə çəkilmək istəyənlərin sayı həddən çoxdur. Buna xüsusən immiqrantlar can atırlar.

Standart 8 saatlıq iş üçün Hollivud kütləvi səhnələrdə çıxış edənlərə 210 dollar ödəyir. Kimlərsə gecə çəkilişlərinə qalıb əlavə işləmək istəyirsə, bu məbləğ artır. Uzadılmış hər saat üçün 40 dollar yazılır. 

Çəkiliş zamanı aktyorların yeməyini prodüser təmin edir.  Əgər aktyorlar, o cümlədən kütləvi səhnələrdə iştirak edənlər vaxtında nahar etməyiblərsə, onlara əlavə 17 dollar, kütləvi çəkiliş zamanı insanlar tüstü, isti, yanğın, su, səs-küy kimi təsirlərə məruz qalıbsa əlavə 15 dollar ödənilir.

Gecələr çəkilişə gələn aktyorlar və kütləvi səhnə iştirakçılarının bir saatlıq əmək haqqı  dördə vurularaq hesablanır.

 

# 2757
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar