Hollivudda 300-dən çox aktyor  tətilə   hazırdır 
28 iyun 2023 19:52 (UTC +04:00)

Hollivudda 300-dən çox aktyor tətilə hazırdır 

0

300-dən çox aktyor Ekran Aktyorları Gildiyasının (SAG-AFTRA) rəhbərlərinə açıq məktub imzalayıb, onları Kino Filmi Prodüserləri Assosiasiyası ilə müqavilələrini yeniləmək üçün danışıqlarda sərt mövqe tutmağa çağırıb.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, məktub SAG-AFTRA rəhbərliyinin istehsalçılarla danışıqların “son dərəcə məhsuldar” olduğunu bildirməsindən sonra yayımlanıb. Gildiyanın nikbin şəkildə yeniləməyə ümid etdiyi müqavilə iyunun 30-da başa çatır.

Məktub müəllifləri gildiya rəhbərliyini aktyorların mükafatlandırılması ilə bağlı sərt tələblərdə israr etməyə və “yarı yolda dayanmamağa” çağırır.

Məktubu digərləri ilə yanaşı, Kevin Beykon, Devid Duxovnı, Bob Odenkerk, Meril Strip, Ben Stiller, Rami Malek, Cennifer Lourensi Eva Lonqoriya kimi məşhur aktyorlar imzalayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2495

Oxşar yazılar