Kinematoqrafçılar İttifaqına alternativ qurum yaradıldı
05 mart 2024 18:17 (UTC +04:00)

Kinematoqrafçılar İttifaqına alternativ qurum yaradıldı

Bu gün Azərbaycan Kinematoqrafçılar İttifaqının qurultayı ilə bağlı xəbərlər gündəmi zəbt edərkən Kino Sənayesinin İnkişafı adlı yeni təşkilatın təsis edildiyi elan olundu.

Lent.az-ın xəbərinə görə, bu barədə kionorejissor Orxan Mərdan məlumat yayıb.

O bildirib ki, kino ilə bağlı bütün mövcud problemlərin həlli yollarını axtarmaq, kino işçilərinə dəstək olmaq, dövlətlə kino adamlarının arasında körpü rolunu oynamaq, Azərbaycan kino işçilərinə hörmət olunmasını təmin etmək məqsədi ilə Kino Sənayesinin İnkişafı adlı təşkilat yaradıb.

Onun sözlərinə görə, məqsəd gələcəkdə qurumu fondlaşdırmaq və istehsalı müəyyən qurumların asılılığından azad etmək, istehsalçını güc sahibinə çevirməkdir.

“Kinoteatrlar  Azərbaycan istehsalçısına yuxarıdan aşağı baxmamalı və onlarla xarici istehsalçılarla hansı müstəvidə işləyirlərsə, elə davranmalıdırlar”, -  kinorejissor bildirib.

Qeyd edək ki, bu gün Azərbaycandakı kino ittifaqları rəsmi surətdə birləşib, yeni yaradılan kino ittifaq Azərbaycan Kinematoqrafçılar İttifaqı adı altında fəaliyyət göstərəcək. Təşkilatın sədri xalq artisti Rasim Balayev seçilib.
 

# 2643
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar