Məşhur aktyor Kino İttifaqınıı  cəngəlliyə  bənzətdi –  "Nəyə sevinirsiniz?"
05 mart 2024 19:04 (UTC +04:00)

Məşhur aktyor Kino İttifaqınıı cəngəlliyə bənzətdi – "Nəyə sevinirsiniz?"

Məşhur aktyor və kinorejissor Hikmət Rəhimov Azərbaycan Kinematoqrafçılar İttifaqının bu gün keçirilən qurultayı barədə fikir bildirib.

Lent.az-ın xəbərinə görə, aktyor öz sosial şəbəkə hesabında paylaşım edərək, qurultayın işini rişxəndlə qarşılayıb.

“Bu nədir ilahi? Nəyə sevinir bu insanlar ? Nəyə qərar verir bu insanlar ? Bu cəngəllikdən məni qoru Allah. İttifaqınız mübarək”, - o yazıb.


 

# 3144
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar