Məşhur bakir kişilər   - Onlar qadınları niyə sevmirdilər?
27 mart 2023 17:04 (UTC +04:00)

Məşhur bakir kişilər - Onlar qadınları niyə sevmirdilər?

Adı tarixə qızıl hərflərlə yazılmış bir çox məşhurların ömürləri boyu bakir qalmaları, cinsi əlaqələrdən uzaq durmaları barədə faktlar var.

Lent.az xarici mediaya istinadən bu barədə məlumat verir.

İsaak Nyutonun başı elmə elə qarışmışdı ki, o yuxu və yemək üçün ayrılan zamanı da itirilmiş hesab edirdi. Ona görə qadınlarla münasibət qurmağa, ümumiyyətlə, zaman sərf etmirdi.

Məhur danimarkalı nağılbaz, yazıcı Hans Xristian Andersen qadınlardan o qədər qorxurdu ki, heç kimlə rəsmi səviyyədən o yana söhbətə girə bilmirdi. Hətta dostları onu bir dəfə kurtizan qadınlarla görüşə aparsalar da, o səhərə qədər çılpaq qadınlarla söhbət etməklə kifayətlənmişdi. Görünür, məşhur nağılçıya sehirli nağıllar uydurmaq real həyatda sevgi yaşamaqdan daha asan görünürmüş.

Məşhur rus yazıçısı Nikolay Qoqol qadınlardan, sözün həqiqi mənasında qorxurdu. O düşünürdü ki, qadın Tanrını sevməyən sirli məxluqların dostudur, onun vasitəsilə şeytan kişi bədəninə yol tapır. Və kişilər bədənlə yox ruhları ilə sevməlidirlər. Bəlkə də elə bu qorxuları yazıçının 42 yaşında ölümünə səbəb olmuşdu.

İngiltərə kraliçası Elizabet ( 1533-1603-cü illərdə yaşayıb) də ömrü boyu cinsi əlaqələrdən qaçıb. Ləqəbi də onun haqqında hər şeyi deyir: "Bakirə Elizabet". Həyatı boyu ona edilən evlilik təkliflərini rədd edib. Və ölənə qədər bakirə qalıb. Bəziləri kraliçanın əslində kişi olduğu üçün heç kəslə cinsi yaxınlıq etmədiyini ehtimal edirlər.

Məşhur fizik Nikola Tesla deyilənə görə, çox qəribə bir adammış. Nə qədər qadın heyranı olmağına baxmayaraq, heç kimlə münasibət qurmadan yaşayıb.

Filosof  İmmanuel Kant həyatının böyük bir qismini tarix, siyasət və dinə həsr edib. Düşünməkdən sevişməyə vaxtı saxlamayan böyük filosof 79 yaşında subay olaraq bu dünyadan köçüb gedib.
 
 

# 1302
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar

İranlı aktrisa festivala boynunda  kəndirlə   gəldi

İranlı aktrisa festivala boynunda kəndirlə gəldi

30 may 2023 , 18:56
Elməddin iş adamına niyə “zaysan” dedi?

Elməddin iş adamına niyə “zaysan” dedi?

30 may 2023 , 18:15
Cavan Zeynalı qızından imtina etdi – Səbəbini Lent.z-a açıqladı

Cavan Zeynalı qızından imtina etdi – Səbəbini Lent.z-a açıqladı

30 may 2023 , 16:02
“O nazirliyi sökmək lazımdır” - Kənan MM OD PÜSKÜRDÜ

“O nazirliyi sökmək lazımdır” - Kənan MM OD PÜSKÜRDÜ

30 may 2023 , 15:47
Kənan MM nazirliyə müraciət etdi - "Böyrəyimi satıram"

Kənan MM nazirliyə müraciət etdi - "Böyrəyimi satıram"

30 may 2023 , 14:32
Pərəstişkarı  məşhur aktyoru   niyə pərt etdi?

Pərəstişkarı məşhur aktyoru niyə pərt etdi?

30 may 2023 , 13:35
Elxan Qasımov dəfn edildi

Elxan Qasımov dəfn edildi

30 may 2023 , 12:41
Elxan Qasımov sabah dəfn olunacaq

Elxan Qasımov sabah dəfn olunacaq

29 may 2023 , 19:25