Müştəri niyə  həmişə haqlıdır?  - Belə yaranıb
04 mart 2024 16:56 (UTC +04:00)

Müştəri niyə həmişə haqlıdır? - Belə yaranıb

Lent.az “Belə yaranıb” rubrikasında çox işlətdiyimiz bəzi ifadələrin necə yaranması barədə məlumat verir.

Bu dəfə “Müştəri həmişə haqlıdır” deyimi barədə danışacağıq. Əslində ifadəni yarımçıq eşitmişik. Bu tam olaraq belə səslənir - "Əksi sübut olunana qədər müştəri həmişə haqlıdır".

Satıcını narazı, müştərini də bir qədər ərköyün edən bu ifadə kimə məxsusdur? Axı hər müştəri eyni xarakterdə deyil və bu fikirdən sui-istifadə edənlər də olur.

İfadə müəllifi Harry Gordon Selfridce 1900-cü illərin əvvəlində Londonda “Selfridges&Co” ingilis mağazalar şəbəkəsinin yaradıcısı olub. O istəyirdi ki, müştərilər mağazasına davamlı surətdə gəlsinlər, ona görə mağazanın içərisində dünyada ilk dəfə kafe də yaratmışdı.

Bu mağazadakı qədər heç yerdə hörmət görməyən alıcılar axın edir, özlərini xüsusi hiss edirdilər. Bu ifadə satış fəlsəfəsi deyildi, çətin müştərilərlə işləmək metodu idi. Satıcılar çox tələbkar müştərilərlə qalmaqalsız  münasibət qurmaq üçün  “o günahı sübuta yetirilənə qədər haqlıdır” prinsipi ilə işləyirdilər.

Hazırda Avropada və Amerikada “müştəri həmişə haqlıdır prinsipinə əməl edilmir”, bu fikri köhnəlmiş və lazımsız hesab edirlər.


 

# 2376
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar