Səhnəmizin "Natəvan"ından fransızlara sillə kimi CAVAB
08 mart 2024 18:14 (UTC +04:00)

Səhnəmizin "Natəvan"ından fransızlara sillə kimi CAVAB

“Natəvan” operasında eyniadlı obrazı canlandıran aktrisa Selcan Nəsibli Fransada şairənin heykəlinin dağıdılmasına münasibət bildirib.

Lent.az xəbər verir ki, o, bu barədə özünü sosial şəbəkə hesabında bildirib.

“Qadınlar Gününüz mübarək. Keçən il Vasif Adıgözəlovun “Natəvan” operasında canlandırmaqdan zövq aldığım nümunəvi tarixi Azərbaycan qadını, hökmdarı, şairəsi haqqında bir anlıq işıq salmaq istərdim.

Natavan mənim, eləcə də bütün dünya azərbaycanlıları üçün bir növ güc, qadınlıq simvolu və xeyirxahlıq vizyonudur. Bu yaxınlarda Fransanın Lion şəhərində onun heykəli cinayətkarlar tərəfindən dağıdılıb... Mən bunu təkcə Azərbaycanın bir tarixi şəxsiyyətinə qarşı hörmətsizlik və zorakılıq kimi deyil, həm də qadına qarşı təcavüz kimi qiymətləndirirəm.

Onu cəsarətli, prinsipial və mehriban bir qadın kimi canlandırmaq böyük zövq idi”.

# 3183
avatar

Oxşar yazılar