Şəmkirdə şantaj olunduğu üçün özünü asan qadından YENİ XƏBƏR
28 sentyabr 2023 16:11 (UTC +04:00)

Şəmkirdə şantaj olunduğu üçün özünü asan qadından YENİ XƏBƏR

İyunun 3-də Şəmkir rayon sakini Nərmin Məmmədovanın yaşadığı evin həyətində yerləşən tövlədə özünü asaraq intihar etməsi faktı ilə bağlı rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb.

Şəmkir rayon prokurorluğundan Lent.az-a verilən xəbərə görə, istintaqla Elnar Məmmədovu tanışı Nərmin Məmmədovadan zor tətbiq etmə və barəsində rüsvayedici məlumatlar yayma hədəsi ilə pul tələb etməsi nəticəsində onu özünü öldürmə həddinə çatdırmasına əsaslı şübhələr müəyyən edilib.

Elnar Məmmədova Cinayət Məcəlləsinin 125 (özünü öldürmə həddinə çatdırma) və 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə təkrar törədildikdə) maddələrilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçilib.

Cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3816
avatar

Oxşar yazılar