General-leytenant Əli ağa Şıxlinski
23 aprel 2021 13:46 (UTC +04:00)

General-leytenant Əli ağa Şıxlinski

Şıxlinskinin indiyə kimi görmədiyiniz əşyaları - FOTOLENT

Bu gün artilleriyanın nəzəri və praktiki inkişafındakı danılmaz xidmətlərinə və qazandığı qələbələrə görə “Artilleriyanın Allahı” ləqəbi verilmiş, Azərbaycan Xalq Cümhuriyyətinin hərbi nazirinin müavini, general-leytenant Əliağa Şıxlinskinin doğum günüdür.

Lent.az xəbər verir ki, Milli Azərbaycan Tarixi Muzeyində Azərbaycan Xalq Cümhuriyyətinin fəallarından biri, hərbi nazirin müavini, general Əliağa Şıxlinskinin şəxsi əşyaları qorunur. Əliağa Şıxlinskiyə məxsus portret, fotolar, sənədlər, yəhərüstü, şamdan, külqabı, qayçı, bıçaq, kəmər, şinel, uzunboğaz çəkmə, əsa, yazı ləvazimatı və s. əşyaları tədqiqat üçün əhəmiyyətli sayılır.

Əliağa Şıxlinski 1865-ci il Yelizavetpol quberniyasının Qazax qəzasının Qazaxlı (indiki Aşağı Salahlı) kəndində anadan olub. 1883-cü ildə rus ordusunda hərbi xidmətə başlayan Şıxlinski 1886-cı ildə Peterburq artilleriya məktəbini əla qiymətlərlə bitirdi. 1914-cü ildə baş verən Birinci Dünya müharibəsi zamanı Petroqradın artilleriya müdafiəsi məhz general Əliağa Şıxlinskiyə tapşırıldı. Sonralar Qərb cəbhəsi artilleriya qoşunlarının rəisi, Artilleriyanın nəzəri və praktiki inkişafındakı danılmaz xidmətlərinə və qazandığı qələbələrə görə ruslar Ə.Şıxlinskiyə “Artilleriyanın allahı” ləqəbini verirlər.

1918-ci ilin dekabr ayında artilleriya general-leytenantı Əliağa Şıxlinski hərbi nazirin müavini təyin edilir. O, 1918-ci ilin yayında Nuru paşa ilə birgə bolşevik-daşnak hərbi birləşmələrinin məhvində və Bakının azad edilməsində xüsusi rol oynamışdır.

1920-ci il aprel ayının 27-də imperiya ordusu Azərbaycanı işğal edəndə isə vuruşmağın mümkünsüz olduğunu nəzərə alan Ə.Şıxlinski minalanmış körpülərin partladılmasına icazə vermədi və görünür, buna görə yeni sovet hökuməti digərlərindən fərqli olaraq ona toxunmadı.

Qeyd edək ki, generala məxsus şəxsi materiallar Muzeyin Hədiyyələr və xatirə əşyaları və Sənədli mənbələr fondlarında qorunur, ekspozisiyada nümayiş olunur.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2712

Oxşar yazılar

İnsanları tanımağınıza  kömək edəcək 5 film  -VİDEO

İnsanları tanımağınıza kömək edəcək 5 film -VİDEO

16 iyun 2025 , 12:13
Səsi Londondan gələn Ayan: balaca barmaqların uğuru -VİDEO

Səsi Londondan gələn Ayan: balaca barmaqların uğuru -VİDEO

12 iyun 2025 , 21:18
Ailə ilə izləmək üçün 5 film  - VİDEO

Ailə ilə izləmək üçün 5 film - VİDEO

12 iyun 2025 , 10:14
Qadınlar haqqında 7 serial  -VİDEO

Qadınlar haqqında 7 serial -VİDEO

11 iyun 2025 , 18:16
Rüstəm Behrudinin şeiri məşhur türk serialında  - VİDEO

Rüstəm Behrudinin şeiri məşhur türk serialında - VİDEO

11 iyun 2025 , 13:06
“Çaqqal günü” romanının müəllifi  vəfat etdi

“Çaqqal günü” romanının müəllifi vəfat etdi

10 iyun 2025 , 00:04
Dahilərdən pul haqqında 10 sitat

Dahilərdən pul haqqında 10 sitat

9 iyun 2025 , 16:09
Ancelina Colinin  az tanınan maraqlı filmləri

Ancelina Colinin az tanınan maraqlı filmləri

7 iyun 2025 , 14:28