Sizi  məyus edəcək   5 serial -  VİDEO
09 dekabr 2025 16:09 (UTC +04:00)

Sizi məyus edəcək 5 serial - VİDEO

0

2025-ci ilin bütün yeni serialları tamaşaçıları və tənqidçiləri müsbət təsirləndirə bilmədi. Bəzi premyeralar zəif süjet, dinamik çatışmazlığı və ya uğursuz personaj işlənməsi səbəbindən mənfi və ya qarışıq rəylər aldı.

Lent.az xarici mediaya istinadla tamaşaçıları məyus edən serialların siyahısını təqdim edir.

"Puls"

“Netflix”in Mayamidə təcili yardım klinikasında çalışan işçilərdən bəhs edən tibbi dramı. Gənc həkim, rəhbəri əleyhinə irəli sürülən ittihamların fonunda vəzifədə yüksəlir. Onların müəmmalı münasibətləri üzə çıxmağa başlayanda isə o, iş və şəxsi həyat arasında balans yaratmağa məcbur olur.

Serial populyar tibbi dram trope-larını daha ağır mövzularla birləşdirməyə cəhd etdiyi üçün birmənalı qarşılanmayıb. Tamaşaçılar və tənqidçilər süjet xətlərindən və personaj inkişafından narazı qalıblar. Nəticədə serial 1 mövsümdən sonra ləğv edilib. Rotten Tomatoes-da 48 faiz, IMDb-də isə 6.5/10 reytinq alıb.

"Fors-Majorlar: Los-Anceles"

Məşhur hüquqi serialın spinoffudur. Süjet Ted Blek adlı vəkilin Los-Ancelesdə karyerası ilə mənəvi dilemmlər arasında balans tapmağa çalışmasından bəhs edir.

Serial zəif süjet və uğursuz personaj işlənməsi səbəbindən tənqid olunub. Bir çox tamaşaçı, şounun orijinal versiyanın atmosferini və cazibəsini çatdıra bilmədiyini vurğulayıb. O da ilk mövsümdən sonra ləğv edilib. Rotten Tomatoes-da 36 faiz, IMDb-də isə 5.8/10 reytinqə malikdir.

"Hər şey dürüstdür"

Kim Kardaşyan, Helli Berri, Glenn Kloz, Sara Polson və Naomi Uottsın rol aldığı serial Los-Ancelesdə öz hüquq firmalarını açan qadın vəkillər komandası haqqında danışır. Onlar ən çətin işləri öz üzərlərinə götürürlər.

Tənqidçilər serialı bəyənməyib. Rotten Tomatoes-da 3 faiz, IMDb-də isə 3.2/10 bal alıb. Bəziləri onu müasir televiziya tarixinin ən uğursuz işlərindən biri adlandırıb. Tamaşaçılar personajları, süjeti və dərinliyi uğursuz hesab ediblər. Buna baxmayaraq, Hulu serialı ikinci mövsümə uzadıb.

"Qatil ovçuları"

Təhlükəli cinayətkarların axtarışı və tutulması ilə məşğul olan istintaq qrupundan bəhs edən kriminal triller. Araşdırmalar zamanı onlar müxtəlif sui-qəsdləri və gizli şəxsi sirləri üzə çıxarırlar.

Serial qarışıq rəylər alıb. Bəziləri süjeti bəyənsə də, digərləri onu plit dialoqlar və zəif dinamika üçün tənqid edib. Bir çox tamaşaçı həm də süjetin qeyri-orijinallığını qeyd edir. Rotten Tomatoes-da 25 faiz, IMDb-də isə 6.6/10 reytinq alıb.

"Və elə belə də" — 3-cü mövsüm

Serial internetdə çoxlu mübahisəli reaksiyalar doğurdu. HBO Max-də premyera hit olsa da, izləyici marağı sonradan azalmağa başladı. Kult "Seks və böyük şəhər" serialının qəhrəmanları şəxsi həyatlarında yeni çətinliklərlə üzləşərək dostluq, karyera və müasir reallıqlar arasında tarazlıq tapmağa çalışırlar.

Serial həddindən artıq siyasi korrektlik, zəif işlənmiş yeni personajlar, süjet səhvləri və əsas qəhrəmanların xarakterlərinin dəyişdirilməsi səbəbindən tənqid olunub. Tamaşa sayı kəskin şəkildə azalıb. Rotten Tomatoes-da 46 faiz, IMDb-də isə 5.6/10 bal alıb.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 432

Oxşar yazılar