Tanınmış Azərbaycan bəstəkarı ölümcül xəstəliyə yoluxdu - FOTO
22 iyul 2021 17:00 (UTC +04:00)

Tanınmış Azərbaycan bəstəkarı ölümcül xəstəliyə yoluxdu - FOTO

Bəstəkar, Azərbaycanın Əməkdar incəsənət xadimi Cavanşir Quliyev nadir xəstəliyə yoluxub. 

Lent.az xəbər verir ki, bu barədə C.Quliyev özü məlumat verib. Bildirib ki, uzunmüddətli müalicədən sonra səhhəti nisbətən normallaşıb:
"İndi nisbətən yaxşıyam. Dünyada çox nadir xəstəliklərdən biri ilə mübarizə aparıram. Hansı ki, mində bir adamda olur. Autoimmun xəstəliyidir bu. Nədir bu xəstəliyin göstəricisi. İmmunitet sisteminin başı xarab olub sahibinə hücum etməyə başlayır. Məni qorumaq əvəzinə ziyan verir. Qısacası bədənimdə olan aşırı immunitetlə mübarizə aparıram”.

Bəstəkar bildirib ki, xəstəliyə qarşı qəbul etdiyi dərmanlar digər orqanlarını sıradan çıxarır: “Xəstəliyin fəsadları çoxdur. Məndə dəridə qaşınma və suluqlu səpkilərlə başladı. Xəstəliyə qarşı aldığım müalicələr, qəbul etdiyim dərmanlar digər orqanlarımı tədricən sıradan çıxara bilər. Bu xəstəliyin nəticəsi şərti olaraq ölümdür. Təhlükəli xəstəlikdir. Heç vaxt sağalmır. Sadəcə aparılan müalicələrlə bir müddətlik yuxuya gedir. Ömürlük mənim qardaşımdır artıq bu xəstəlik”. /medicina.az/


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6858

Oxşar yazılar

İnsanları tanımağınıza  kömək edəcək 5 film  -VİDEO

İnsanları tanımağınıza kömək edəcək 5 film -VİDEO

16 iyun 2025 , 12:13
Səsi Londondan gələn Ayan: balaca barmaqların uğuru -VİDEO

Səsi Londondan gələn Ayan: balaca barmaqların uğuru -VİDEO

12 iyun 2025 , 21:18
Ailə ilə izləmək üçün 5 film  - VİDEO

Ailə ilə izləmək üçün 5 film - VİDEO

12 iyun 2025 , 10:14
Qadınlar haqqında 7 serial  -VİDEO

Qadınlar haqqında 7 serial -VİDEO

11 iyun 2025 , 18:16
Rüstəm Behrudinin şeiri məşhur türk serialında  - VİDEO

Rüstəm Behrudinin şeiri məşhur türk serialında - VİDEO

11 iyun 2025 , 13:06
“Çaqqal günü” romanının müəllifi  vəfat etdi

“Çaqqal günü” romanının müəllifi vəfat etdi

10 iyun 2025 , 00:04
Dahilərdən pul haqqında 10 sitat

Dahilərdən pul haqqında 10 sitat

9 iyun 2025 , 16:09
Ancelina Colinin  az tanınan maraqlı filmləri

Ancelina Colinin az tanınan maraqlı filmləri

7 iyun 2025 , 14:28