Seda Sayandan Haluk Levent haqqında  geniş müzakirə olunacaq AÇIQLAMA
28 iyul 2026 16:14 (UTC +04:00)

Seda Sayandan Haluk Levent haqqında geniş müzakirə olunacaq AÇIQLAMA

0

Məşhur müğənni Seda Sayan AHBAP Dərnəyinə qarşı aparılan istintaq çərçivəsində həbs edilən Haluk Levent barədə diqqətçəkən açıqlama verib.

Lent.az yerli KİV-ə istinadla xəbər verir ki,  İstanbuldakı ticarət mərkəzlərindən birində alış-veriş edərkən jurnalistlərin suallarını cavablandıran sənətçi AHBAP-a heç vaxt ianə etmədiyini bildirib.

Seda Sayan özünü uzaqgörən qadın adlandıraraq yardımlarını həmişə dövlətin tövsiyə etdiyi qurumlara yönəltdiyini söyləyib:

“AHBAP-a ianə etməmişəm. Uzaqgörən qadınam və yardımı hara edəcəyimi yaxşı bilirəm. Haluk Leventi əvvəldən tanıdığım üçün ianələrimi həmişə dövlətimin tövsiyə etdiyi yerlərə etmişəm”.

Müğənninin Haluk Levent haqqında işlətdiyi bu sözlər qısa zamanda sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Qeyd edək ki, İstanbul Prokurorluğunun AHBAP Dərnəyi ilə bağlı apardığı istintaq çərçivəsində Haluk Levent də daxil olmaqla bir sıra şəxslər həbs edilib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 288

Oxşar yazılar