Xalq artisti Murad Hüseynov ilkə imza atıb
10 fevral 2021 09:36 (UTC +04:00)

Xalq artisti Murad Hüseynov ilkə imza atıb

Xalq artisti, pianoçu Murad Hüseynov XXI “Pekində görüş” Beynəlxalq Sənət Festivalında ölkəmizi təmsil edib. Lent.az-ın məlumatına görə, mötəbər festivalda ölkəmizin klassik musiqi ifaçılıq sənəti ilk dəfə təmsil olunub.

 

Yanvarın 7-dən fevralın 4-dək davam edən, həm real, həm də onlayn formatda gerçəkləşən festivalda pianoçu Azərbaycan və Avropa bəstəkarlarının əsərlərini səsləndirib.

 

Murad Hüseynovun çıxışı 3 gün – 29 yanvar, 2 və 4 fevral tarixlərində altı onlayn kanal vasitəsilə nümayiş olunub.  Festivalın bağlanış mərasimində də Çin sənətkarları ilə yanaşı, azərbaycanlı pianoçunun da çıxışı yer alıb.

 

Qeyd edək ki, Murad Hüseynovun “Pekində görüş” festivalında iştirakı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və ölkəmizin Çindəki səfirliyinin dəstəyi ilə reallaşıb. Pianoçunun çıxışının videoçəkilişi Bakı Media Mərkəzi tərəfindən həyata keçirilib.

 

XXI “Pekində görüş” Beynəlxalq Sənət Festivalına 24 ölkənin mədəniyyət və sənət adamları qatılıb. Festivaldan əvvəl azərbaycanlı pianoçu haqqında Çin mətbuatında materiallar yayımlanıb, videoçarx təqdim olunub. Festivalın kataloqunda Murad Hüseynov haqqında məqalə dərc edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3595

Oxşar yazılar

İnsanları tanımağınıza  kömək edəcək 5 film  -VİDEO

İnsanları tanımağınıza kömək edəcək 5 film -VİDEO

16 iyun 2025 , 12:13
Səsi Londondan gələn Ayan: balaca barmaqların uğuru -VİDEO

Səsi Londondan gələn Ayan: balaca barmaqların uğuru -VİDEO

12 iyun 2025 , 21:18
Ailə ilə izləmək üçün 5 film  - VİDEO

Ailə ilə izləmək üçün 5 film - VİDEO

12 iyun 2025 , 10:14
Qadınlar haqqında 7 serial  -VİDEO

Qadınlar haqqında 7 serial -VİDEO

11 iyun 2025 , 18:16
Rüstəm Behrudinin şeiri məşhur türk serialında  - VİDEO

Rüstəm Behrudinin şeiri məşhur türk serialında - VİDEO

11 iyun 2025 , 13:06
“Çaqqal günü” romanının müəllifi  vəfat etdi

“Çaqqal günü” romanının müəllifi vəfat etdi

10 iyun 2025 , 00:04
Dahilərdən pul haqqında 10 sitat

Dahilərdən pul haqqında 10 sitat

9 iyun 2025 , 16:09
Ancelina Colinin  az tanınan maraqlı filmləri

Ancelina Colinin az tanınan maraqlı filmləri

7 iyun 2025 , 14:28