Xalq artistini maşın vurdu, qabırğaları sındı - YENİLƏNİB
22 avqust 2026 14:21 (UTC +04:00)

Xalq artistini maşın vurdu, qabırğaları sındı - YENİLƏNİB

0

Xalq artisti Şükufə Yusupovanın qəzaya düşməsinin təfərrüatı məlum olub.

Lent.az xəbər verir ki, bu barədə APA-ya onun bacısı oğlu məlumat verib.

Bildirilib ki, dünən "İçərişəhər" metrostansiyasının yaxınlığında piyada keçidindən keçərkən Şükufə Yusupovanı maşın vurub.

Hadisə nəticəsində onun qabırğaları, çanaq sümüyü sınıb, öd kisəsi zədələnib.

Hazırda Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsindədir.

Kliniki Tibbi Mərkəzin mətbuat xidmətinin rəhbəri Ruzbeh Məmməd Lent.az-a bildirib ki, dünən saat 18:44-də 72 yaşlı şəxs KTM-in Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə qəbul olunub:

"Xəstəyə dərhal ilkin zəruri tibbi xidmətlər göstərilib və müayinələr aparılıb. Aparılan müayinələrin nəticələrinə əsasən pasiyentə çanaq və qabırğanın sınıqları diaqnozları təyin edilib.

Hazırda xəstənin vəziyyəti ağır qiymətləndirilir, müalicəsi Reanimasiya şöbəsində davam etdirilir".

***
13:44

Xalq artisti, "Şöhrət" ordenli aktrisa Şükufə Yusupova ağır yol qəzasına düşüb.

Lent.az xəbər verir ki, bu barədə Azərbaycan Kinematoqrafçılar İttifaqı məlumat yayıb.

O, Kliniki Tibbi Mərkəzə yerləşdirilib, hazırda vəziyyəti ağırdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 378

Oxşar yazılar