Tanınmış tarzən, Xalq artisti Fikrət Verdiyevin məzarının vəziyyəti ilə bağlı sosial şəbəkələrdə narahatlıq doğuran fotolar yayılıb. Paylaşımlarda sənətkarın məzarının baxımsız qaldığı, ətrafının kol-kos basdığı görünür. Bu görüntülər mədəni irsə münasibətlə bağlı suallar doğurub.
Lent.az olaraq məsələ ilə bağlı Mədəniyyət Nazirliyinə sorğu ünvanladıq.
Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, Fikrət Verdiyevin məzarı hazırda təmiz və səliqəli vəziyyətdədir.
Nazirlik bunu sübut edən videonu da saytımıza təqdim edib: