Yanğında ölən Könül Vəlibəylinin qızı da xəstəxanaya yerləşdirildi
22 noyabr 2025 11:43 (UTC +04:00)

Yanğında ölən Könül Vəlibəylinin qızı da xəstəxanaya yerləşdirildi

0

Xəbər verdiyimiz kimi, dünən gecə Yasamaldakı yanğında həlak olan Bakı Milli Geyim Evinin rəhbəri Könül Vəlibəylinin qızı Ləman Qulamova da tüstüdən zəhərlənib.

Lent.az xəbər verir ki, sosial şəbəkədə ailənin yaxınları qızın vəziyyəti ilə bağlı məlumat yayıblar.

Onların sözlərinə görə, 25 yaşlı Ləman Qulamova Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Müalicəsi Toksikologiya şöbəsində davam etdirilir. Vəziyyəti orta ağır qiymətləndirilir.

Xatırladaq ki, dünən axşam saatlarında Yasamal rayonu, Mirəli Seyidov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın olub. Yanğın nəticəsində 41 yaşlı Samir Kamal oğlu Məhəmmədov, 7 yaşlı Arzu Əli qızı Qəmbərli və 48 yaşlı Könül Vəlibəy qızı Hümbətova dünyasını dəyişib. 27 nəfər isə zərəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Onlardan 20-si bu gün evə buraxılıb, 7 nəfərin isə müalicəsi davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 138

Oxşar yazılar