İlk dəfə dejavü  fenomeninin sirri açıldı
22 noyabr 2025 05:25 (UTC +04:00)

İlk dəfə dejavü fenomeninin sirri açıldı

0

Alimlər dejavü hissinin gələcəyi qabaqcadan bildirmək qabiliyyəti barədə yanlış hissi təhrik edə biləcəyinə dair ilk eksperimental məlumatları əldə ediblər.

Lent.az  xəbər verir ki, araşdırma "Consciousness and Cognition" jurnalında dərc olunub.

Üç ayrı eksperimentdə iştirakçılar müxtəlif "virtual reallıq" məkanlarında - boulinq klubları, məktəb yeməkxanaları və s. - videoturlara baxıblar. Bəzi səhnələr yaddaş izini gücləndirmək üçün bir neçə dəfə göstərilib. Daha sonra iştirakçılara tamamilə yeni məkanlar təqdim olunub, lakin onların bir hissəsi əvvəlkilərlə eyni plan quruluşuna malik olub və bu, dejavü hissini oyadırıb.

Nəticələr üç sınaqda da eyni olub: dejavü süni şəkildə nə qədər güclü yaradılırdısa, iştirakçılarda növbəti anı proqnozlaşdırmaq hissi bir o qədər artırdı. Halbuki onların cavablarının dəqiqliyi təsadüfi ehtimaldan yüksək olmayıb.

Tədqiqatçılar qeyd edirlər ki, yaddaş izinin möhkəmliyi illüziyanı daha da gücləndirir. Bu isə dejavü hissi ilə gələcəyi qabaqcadan bildirməklə bağlı yanlış hiss arasında birbaşa əlaqənin olduğunu göstərir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 98

Oxşar yazılar