Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə "Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə dövlət proqramı"nın təqdimatına həsr olunmuş konfrans öz işinə başlayıb. Lent.az-ın məlumatına görə, tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli və digər ziyalılar, mədəniyyət xadimləri iştirak edir.
Nazir Ə. Qarayev konfransda çıxış edərək bildirib ki, son illərdə sözügedən sahənin inkişafı, vahid sistemin yaradılması istiqamətində əhəmiyyətli işlər görülüb. Nazirin sözlərinə görə, 2006-cı ildə Mədəniyyət və Turizm Nazirliyinin yaradılmasına qədər ölkə ərazisində olan qoruqların vahid xəritəsi mövcud olmayıb: "Bunu tək mən demirəm. Nazirlər Kabinetində də, Azərbaycan Milli Elmlər Akademiyasında da bu faktı bilirlər. Bu günə kimi biz 100-dən artıq abidənin pasport və xəritəsini hazırlamışıq. Vaxtilə İçərişəhər dünya mədəni irs siyahısından çıxarılmaq təhlükəsi ilə üz-üzə idi. Bu problemlər olub və onu etiraf etməliyik. Amma son illərdə dövlət səviyyəsində aparılan tədbirlər İçərişəhərin qorunub saxlanılmasında böyük addım oldu. Bu gün İçərişəhər nümunəvi məkandır və biz onunla fəxr edirik".

100-dən artıq abidənin pasport və xəritəsi hazırlanıb
Oxşar yazılar

Mən çox mehriban adamam - Mehriban Ələkbərzadə ilə MÜSAHİBƏ
4 avqust 2025 , 15:18
Keçmiş məşhur futbolçunun qızı "Aclıq oyunları" filmində baş rolda çəkiləcək
4 avqust 2025 , 14:48
Xalq yazıçısı Elçin Əfəndiyev dəfn edildi - VİDEO -YENİLƏNİB
4 avqust 2025 , 14:20
Anar ağlayaraq: "Taleyin cəzasıdır ki, dostlarımı dəfn edirəm"
4 avqust 2025 , 14:17
Anar və Əkrəm Əylisli Elçin Əfəndiyevin ölümündən sarsıldıqlarını bildiriblər
3 avqust 2025 , 19:16
Xalq yazıçısı Elçin Əfəndiyevin dəfn ediləcəyi tarix və məkan məlum oldu-YENİLƏNİB
3 avqust 2025 , 16:30
Xalq yazıçısı Elçin Əfəndiyev vəfat etdi
3 avqust 2025 , 13:13